Accessibility links

Tramp Çinlə böyük irəliləyişlərin əldə olunduğunu bildirib


ABŞ prezident Donald Tramp deyir ki, Çin prezidenti Şi Tsinpinlə danışıqlarda gözəl irəliləyişlər əldə olunub. Daha öncə ABŞ lideri Şimali Koreyanı nüvə silahları proqramına son qoymağa məcbur etməsi üçün Pekinə təzyiq göstərməyi nəzərdən keçirdiyini demişdi.

Hər iki lider Şimali Koreya ilə bağlı birgə bəyanatlar verib. Tramp Kim Conq Unla diplomatik həll yolu tampaqda Çinin rolunun böyük olduğunu bildirib.

"Biz bizim sivilizasiyamıza hədə olanlara qarşı birlik olduğumuz təqdirdə, heç bir təhlükə olmayacaq. Mən dünən Seuldakı çıxışımda da söylədim ki, bütün sivil dünya Şimali Koreya təhlükəsinə qarşı birlik olmalıdır", Tramp söyləyib.

Tramp həmçinin deyib ki, Çin problemi asan və tez həll edə bilər. Prezident Şi Pekinin Pxenyanı nüvə ambisiyalarından yayınmağa məcbur etmək səylərində aparıcı rol oynaya bilməcəyinə işarə edib.

"Koreya yarımadasındakı nüvə məsələsinə gəldikdə, biz yarımadanın hərbsizləşdirilməsinə nail olmaq və nüvə silahları yaymayan rejimi dəstəkləmək öhdəliyimizi təkrar dilə gətirdik. Hər iki tərəf BMT Təhlükəsizlik Şurasının qətnamələrini qəti sürətdə icra etməyə, eləcə də dialoq və danışıq yolu ilə həll yolu axtarmağa davam edəcək", Şi deyib.

Liderlərin bağlı qapılar arxasındakı danışıqlar zamanı Şimali Koreya məsələsində rollarını necə müəyyən etdikləri aydın deyil, lakin belə görünür, Tramp bu ilin əvvəli Çinin Şimali Koreya məsələsində ABŞ-a yardım etmədiyi təqdirdə, ABŞ-ın tək hərəkət edəcəyinə dair fikrindən yayınıb.

Tramp davamlı olaraq bütün variantların müzakirə olunduğunu deyib, lakin Şimali Koreyaya qarşı hərbi müdaxilə təhdidlərindən geri çəkilib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG