Accessibility links

Pakistan da Çinə uçuşları dayandırdı


Passengers arriving from China Thursday morning at the Lahore airport were being screened for the coronavirus. (Courtesy Pakistan Health Ministry)
Passengers arriving from China Thursday morning at the Lahore airport were being screened for the coronavirus. (Courtesy Pakistan Health Ministry)

Pakistan yayılmaqda olan koronavirusun ardından qonşu ölkələrlə əsas sərhədlərin açılmasını təxirə salmasından dərhal sonra Çinə uçan bütün aviareysləri müvəqqəti olaraq dayandırıb.

Pakistan Mülki Aviasiya Təşkilatının nümayəndəsi bildirib ki, Çinə bütün uçuşlar fevralın 2-dək dayandırılacaq.

Çin səhiyyə rəsmiləri Uhan şəhərində başlayan koronavirusdan 200-dən çox insanın öldüyünü və yoluxma hallarının sayının 10 mini keçdiyini bildirib. Virus Çin xaricində 18 ölkəyə, o cümlədən Cənubi Koreya, Yaponiya, Avstraliya, Kanada və ABŞ-da yayılıb.

Pakistan rəsmiləri deyirlər ki, hava limanlarına enən səyahətçilərin müayinəsi artıq gücləndirilib və təcili karantin tədbirləri görülür, lakin bu günə qədər ölkədə təsdiqlənmiş koronavirus qeydə alınmayıb.

İslamabadın səhiyyə işçiləri Uhandakı təxminən 500 pakistanlı tələbədən dördündə xəstəliyin diaqnozu olduğunu və orada müalicə edildiyini təsdiqləyiblər. Çində təxminən 30 000 pakistanlı var və onların əksəriyyəti tələbələrdir.

Çin bu yaxınlarda Pekinin qlobal “Bir Kəmər, Bir Yol” layihəsi çərçivəsində Pakistanda infrastruktur inkişafı layihələrinə milyardlarla dollar sərmayə qoyub. Təşəbbüsün əsas iqtisadi elementlərindən olan Çin-Pakistan dəhlizi bir çox başa çatdırlmış və davam etdirilən layihələri əhatə edir. Onların arasında quru yollar, elektrik stansiyaları, əsas Ərəbistan dəniz limanı və Pakistandakı xüsusi iqtisadi zonalar da daxil olmaqla, səyahət edənlərin sayının artmasına səbəb olan layihələr var. Bütün bunlar minlərlə çinli işçi və mühəndis də daxil olmaqla, iki ölkə arasındakı səyahətçilərin sayının artmasına gətirib çıxarır.

Xuncerab sərhəd postu

Çində yaranan koronavirusun yayılması da rəsmi İslamabadın iki ölkə arasındakı yeganə sərhəd keçidinin - Gilgit-Baltistan bölgəsinin şimalındakı Xuncerab keçidinin illik açılışını təxirə salmasına səbəb olub.

"Xuncerab sərhəddinə gəldikdə isə Gilgit Baltistan hökuməti açılışı təxirə salıb. Açılış aprel ayında baş tutacaq" - deyə, Xarici İşlər Nazirliyinin sözçüsü Aişə Fərruqi qeyd edib.

XS
SM
MD
LG