Cənubi Koreya və Çin liderləri Yaponiyaya martın 11-də baş vermiş zəlzələnin effektlərini aradan qaldırmaq üçün yardım etməyə söz veriblər. Bu barədə bəyanat Tokyoda keçirilən ikigünlük sammitin sonunda açıqlanıb.
Çin baş naziri Ven Ciabao və Cənubi Koreya Li Myunq-bak Yaponiya baş naziri Naoto Kanla bir araya gələrək Fukuşima Daiiçi stansiyasında cərəyan edən nüvə böhranını müzakirə ediblər.
Çin və Cənubi Koreya hökumətləri rəsmi Tokyonu onlara xəbərdarlıq etmədən Sakit Okeana radioaktiv su axıtdığına görə tənqid etmişdilər. Cənab Kan sammit zamanı baş verənlərdən peşmançılığını izhar edib.
Liderlər habelə ölkələr arasında azad ticarət yollarını araşdıracaqlarını bəyan ediblər.