Accessibility links

Cina Haspelin CIA direktoru vəzifəsinə namizədliyindən geri çəkilmək istədiyi bildirilir


Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə namizəd Cina Haspel
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə namizəd Cina Haspel

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) rəhbərlik etmək üçün prezident Donald Trampın namizədi Cina Haspel keçən həftə öz namizədliyini geri götürülməsi təklifini verib. Verilən məlumatlara görə, buna səbəb terror şübhəlilərinin dindirilməsi zamanı qəddarlığa yol verilməsində Haspelin rolu ilə bağlı Ağ Ev rəsmilərinin narahatlığıdır.

Washington Post qəzetinin yazdığına görə, Haspel yeni vəzifəyə təsdiq olunması üçün Senatda keçiriləcək sərt dinləmələrin həm özünün, həm də CIA-in reputasiyasına zərər vura biləcəyindən narahatdır.

Xəbərdə bildirilir ki, Tramp administrasiyası rəsmiləri bu narahatlıqları müzakirə etmək üçün bazar günü axşam saatlarında tələsik Haspelin CIA-dəki qərargahındakı ofisinə üz tutubar.

Haspelin CIA direktoru vəzifəsinə təsdiqi ilə bağlı dinləmələr çərşənbə günü başlayacaq.

Kəşfiyyat sahəsində 33 illik təcrübəyə malik olan Haspel hal-hazırda CIA direktoru əvəzidir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG