Accessibility links

Bayıl yamacında sürüşmə faktı ilə bağlı cinayət işi başlanıb


<span class="VIiyi" jsaction="mouseup:BR6jm" jsname="jqKxS" lang="az"><span class="JLqJ4b ChMk0b" data-language-for-alternatives="az" data-language-to-translate-into="en" data-phrase-index="0" jsaction="agoMJf:PFBcW;usxOmf:aWLT7;jhKsnd:P7O7bd,F8DmGf;Q4AGo:Gm7gYd,qAKMYb;uFUCPb:pvnm0e,pfE8Hb,PFBcW;f56efd:dJXsye;EnoYf:KNzws,ZJsZZ,JgVSJc;zdMJQc:cCQNKb,ZJsZZ,zchEXc;Ytrrj:JJDvdc;tNR8yc:GeFvjb;oFN6Ye:hij5Wb" jscontroller="Zl5N8" jsdata="uqLsIf;_;$10" jsmodel="SsMkhd" jsname="txFAF"><span jsaction="click:qtZ4nf,GFf3ac,tMZCfe; contextmenu:Nqw7Te,QP7LD; mouseout:Nqw7Te; mouseover:qtZ4nf,c2aHje" jsname="W297wb">Samoanın yeni Baş naziri Fiame Naomi Mataafa kabinetinin ilk iclasını keçirib</span></span></span>

Bayıl yamacında sürüşmə faktı ilə bağlı Bakı şəhər Prokurorluğunun istintaq idarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

“Sürüşmə zonasına baxış keçirilib, ekspertizalar təyin edilib”, mətbuat xidmətindən bildirblər.

Bakı Televiziya Qülləsindən 200-250 m cənub-şərqdə yerləşən Bayıl sürüşmə sahəsi bu ilin yanvar ayından aktivləşib. Fevralın 10-da baş verən son sürüşmə zamanı 4 ev tam, 1 ev qismən dağılıb. Sürüşmə sahəsində 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yaranıb. Bayıl sürüşmə sahəsində vəziyyətlə bağlı Nazirlər Kabinetinin müvafiq sərəncamı imzalanıb. Həmin sərəncama əsasən Bayıl yamacında sürüşmə təhlükəsi ilə bağlı ərazidən köçürülən 98 ailənin 11 ay ərzində müvəqqəti yerləşdiyi mənzillər üçün kirayə haqqının ödənilməsi məqsədi ilə Azərbaycanın 2018-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Səbael rayon İcra Hakimiyyətinə müvafiq vəsait ayrılıb.

Ərazidə tam dağılmış 4 fərdi yaşayış evinin sahiblərinə kompensasiya ödənilməsi üçün tələb olunan vəsaitin məbləğinin hesablanıb Nazirlər Kabinetinə təqdim olunması Fövqəladə Hallar Nazirliyi və Səbael rayon İcra Hakimiyyətinə tapşırılıb.

XS
SM
MD
LG