Accessibility links

Çində daşqınlar davam edir


Qansu vilayətində son bir neçə gün üçün daha çox leysan hava proqnozu bazar gününə bənzər fəlakətin ola biləcəyi qorxusu yaradıb

Şimal-qərbi Çində ölümcül torpaq sürüşməsinin söküntüləri altından daha çox insan xilas etmə ümüdü azalmaqdadır. Qansu vilayətində son bir neçə gün üçün daha çox leysan hava proqnozu bazar gününə bənzər fəlakətin ola biləcəyi qorxusu yaradıb. Ötən bazar günü Zoquda baş vermiş fəlakət nəticəsində 702 nəfər həlak olmuş və 1042 sakin itkin düşmüşdür. Rəsmilər bildirib ki, çərşənbə günü səhər otelin ikinci mərətbəsindən 50 yaşlı kişini xilas etmişlər. Xilas dəstələri yaxınlıqdakı Bailoq çayının qarşısını alan dağıntıları yığıştırmağa çalışır. Çayın axını bərpa olmasa çay daşaraq daha da çox itkilər verə bilər. Fövqəladə qrup təmiz su çatışmadığından yaranan xəstəliklərin qarşısını almaq üçün mübarizə aparır. Rəsmilər ərazidə müvəqqəti morq yaradıblar.

XS
SM
MD
LG