Accessibility links

Çində leysan nəticəsində baş verən yeni daşqınlar davam edir


Çində leysan nəticəsində baş verən yeni daşqınlar davam edir
Çində leysan nəticəsində baş verən yeni daşqınlar davam edir

Yeni palçıq sürüşməsi Lonqnan şəhərində bütün gecə yağan davamlı leysan nəticəsində baş verib

Şimal-qərbi Çinin Qansu vilayətində yeni palçıq sürüşməsi azı 20 nəfəri həlak edib və 16 nəfərin itkin düşməsinə səbəb olub. Sinxua xəbər agentliyi bildirib ki, 3000 -dən çox insan hələdə dağıntılar səbəbilə Lonqnandan çıxa bilmirlər. Yeni palçıq sürüşməsi Lonqnan şəhərində bütün gecə yağan davamlı leysan nəticəsində baş verib. Torpaq sürüşmələri Qansuda 1100-dən çox insanı həlak edib. Onların əksəriyyəti bazar günü böyük torpaq sürüşməsi nəticəsində bərbat olmuş Zuqu şəhərinin sakinləridir. Dünənki şiddətli leysan yeni torpaq sürüşməsinə Zuquya gedən yolun qarşısını tutaraq xilas dəstəsinə və bərpa səylərinə maneə törədir. Zuquda çərşənbə günündən bu yana heç bir insanın xilas edilməsi haqda məlumat verilməyib, və Sinxua xəbər agentliyi məlumat verir ki, rəsmilər daha çox diqqəti sağ qalan Tibetli çoban və fermerlərə ayırırlar. Sinxua xəbər verir ki, 10 000-dən artıq insan evakuasiya edilərək Lonqnanda təhlükəsiz əraziyə köçürülüb. Lakin pis hava şəraiti yerdə qalan 300 nəfəri də xilas etmək üçün səyləri çətinləşdirib.

XS
SM
MD
LG