Accessibility links

Çində vəkillər Kommunist partiyasına sədaqət andı içməlidir


Çinin Ədliyyə Nazirliyi ilk dəfə olaraq vəkillərin Kommunist partiyasına sədaqət andı içmələrinə göstəriş verib. Bu addım Çin hökumətinin tənqidçilərini müdafiə edən vəkillərin həbs edilmələrinə dair hiddətləri daha da artırıb.

Nazirliyin veb səhifəsində yayılan göstərişdə bildirilir ki, ilk dəfə vəkillik üçün müraciət edənlər və lisenziyalarını təzələmək istəyənlər and içməli olacaq. Burada vətənə, xalqa, Kommunist partiyasının rəhbərliyi və sosialist sisteminə sədaqət andı nəzərdə tutulur.

Çində son illər fəal vəkillər təzyiq hədəfinə çevrilib. Onlarla insan hüquqlarını müdafiə edən vəkil həbs edilib.

XS
SM
MD
LG