Accessibility links

Çinin Sincan vilayətində güclü zəlzələ


Bu gün Çinin cənub-qərbindəki Sincan vilayətində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 150-yə çatıb. Yeraltı təkan nəticəsində 3000 insanın isə yaralandığı deyilir.

Çin rəsmiləri Sinhua xəbər agentliyinə bildirib ki, prezidenti Xi Cinpinq insanların xilası üçün mümkün bütün addımların atılmasına və tələfatın minimum olması üçün səylərin gücləndirilməsinə göstəriş verib

Çin rəsmiləri təkanın Rixter şkalası ilə 7 bal gücündə olmasını desə də, ABŞ Geoloji Mərkəzi təkan 6,6 bal gücündə qiymətləndirib. Zəlzələ yerin 13 kilometr dərinliyində baş verib.


Zəlzələ nəticəsində Luşad qraflığına gedə yol tamamilə dağılıb və istifadə olunmaz hala düşüb. Orada bütün telefon bağlantısı da kəsilib.

Xatırladaq ki, 2008-ci ildə Sincanda baş vermiş güclü zəlzələ 70 min insanın həyatına son qoymuşdu.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG