Accessibility links

Çingiz Hüseynov: "Yalanla doğrunun arasındakı ölçü silinib"


Çingiz Hüseynov: "Yalanla doğrunun arasındakı ölçü silinib"
Çingiz Hüseynov: "Yalanla doğrunun arasındakı ölçü silinib"

Nasir, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1959-cu ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycanın Əməkdar incəsənət xadimi Çingiz Hüseynov Azərbaycanda vertualla gerçəyin bir-birinə qarışdığını deyir

Nasir, filologiya elmləri doktoru, professor, Azərbaycanın Əməkdar incəsənət xadimi Çingiz Hüseynov son dövr yaradıcılığından danışarkən yeni bir əsər üzərində işlədiyini bildirdi. O, əsərində hal-hazırda baş verən hadisələri, vəziyyəti yuxu şəklində - virtual formada çatdırmaq istədiyini dedi. Yazıçı əsərdən parçaların özünün portal səhifəsində dəcr etdiyini bildirdi.

Çingiz müəllim belə bir proyektə başlamasının səbəbinin Azərbaycandakı vəziyyətin, bu ölkədə vertualla gerçəyin biri-birinə qarşıdığını bildirdi. O, sənət aləmində onun sözləri ilə “birinci nəslin övladlarının, yəni ikinci nəsl yazıçı və şairlərin bir-birləri ilə daxili çəkişmələr” vəziyyətində olduqlarını dedi. Çingiz Hüseynov buna misal yazıçı Anarı, Süleymasn Rəhimovun oğlu Şamo Arifi göstərərək, keçmişdə onların valideynləri arasında olan daxili münaqişələrin indi onlar tərəfindən davam edildiyini dedi.

Çingiz müəllim Azərbaycan yazıçılar mühitində vəziyyətin yaxşı olmadığını deyir. O, hal-hazırda müəyyən bir şəxslə bağlı yazıçılar təşkilatının fəaliyyət göstərdiyini, həmin şəxslərin maaşlarının, qonorarlarının dövlət tərəfindən təmin edildiklərini və onların dövlətin dedikləri ilə hesablaşmalı olduqlarını bildirdi.

Çingiz Hüseynov bundan əvvəlki, Sovet dövrü ilə indiki dövr arasında, sənət aləmində nə kimi fərqlər olduğu barədə sualın savabında böyük fərqin olduğunu, əvvəllər söz azadlığının olmadığını, sözün dustaq olduğunu dedi. İndiki dövrdə isə söz azadlığına baxmayaraq, sözün dəyərinin olmadığını, həddən artıq nalayiq, təhqiredici məqalələrin dərc edildiyini və ümumiyyətlə həqiqətlə yalanın arasındakı ölçünün itdiyini dedi.

O, ini gözəl yazışı və şairlərin yazıb-yaratdıqlarını dedi və Rafiq Tağı, Ələkbər, Vaqif Sultanlı kimi yazıçıların və şair Çılğının adlarını çəkdi.

.

XS
SM
MD
LG