Accessibility links

Hollivudla Çin arasında film sənayesi əlaqələri güclənir [Video]


Son illərdə Çin, sərt dövlət nəzarətinə baxmayaraq Hollivud produserləri üçün cəlbedici bazar olmaqdadır. Bəzi insanlar qarşılıqlı şəkildə artan bu əlaqələrdən narahat olsalar da, digərləri bunu hər iki tərəf üçün gəlirli əlaqə hesab edir.

Söhbət filmlərdən gedirsə, Hollivudla Çin arasındakı münasibətlər getdikcə dərinləşməkdədir.

Kris Fenton - ABŞ-Asiya İnstitutu

"İnsanlar bir araya gəlib incəsənət yaradırlarsa bunun içində duyğular mühim rol oynayır. Əgər sonra etmək istədiyi bacarırsansa bu yalnızca uğurlu biznes yox, həm də iki ölkə arasında diplomatic əlaqələri də gücləndirir."

“ABŞ-Asiya Trustee" İnstitutunun rəhbəri Kris Fenton avqust ayında bir qrup Birləşmiş Ştatlar qanunvercilərini Çinə aparacaq. Hollivuda daha çox sərmayə yatırmasına təşviq etmək üçün onları ölkənin əyləncə və media sənayesi ilə tanış edəcək.

Kris Fenton - ABŞ-Asiya İnstitutu

"Bura təxminən 7 milyard dollar dəyərində böyük bir bazardır. ABŞ-ın film sənayesinin davamlı artım dəyəri 11 milyard olduğunu nəzərə alsaq deyə bilərik ki, Çin dünyanın ən böyük film bazarı olmaq yolunda inamla irəliləyir."

Çin özünü dünyaya daha cəlbedici göstərmək üçün mediya və filmlər vasitəsilə yumşaq güc tətbiq edir. Həmçinin, onlar Hollivudla rəqabət etmək niyyətindədirlər.

Film üzrə ekspert Stanli Rozenin sözlərinə görə, Çinlə münasibətlərin dərinləşməsinin bir üstünlüyü də ondan ibarətdir ki, Hollivuda sərmayə axını arta bilər.

Bəzi tənqidçilər Çinin Hollivuda bu qədər çox investsiya etməsinin təhlükəli olduğunu bildirir. Keçən il Konqresin 16 nümayəndəsi ABŞ Hesabatlılıq Ofisinə məktub yazaraq, Çinin Amerika mediasından təbliğat məqsədilə istifadə etməyindən narahatlıqlarını bildiriblər.

Stanley Rozen - Cənubi Kaliforniya Universiteti

"Mən bu məsələdə hər hansı bir problem görmürəm çünki, bu sərmayələrin heç birində xüsusi qaydalar qoyulmur. Hollivud studiyaları çox yaxşı başa düşür ki, əgər Çinin məqsədlərinə uyğun filmlər çəksələr bunun nəticəsi ək reaksiyası ola bilər."

Rozen əlavə edir ki, əgər filmlərdə Çin müsbət tərəfdən göstərilsə belə, bu, həmin ölkənin sərt qanunları həqiqətinin üzərinə kölgə sala bilməz.

Sənaye səviyyəsində Çin Hollivudla yaxınlığı sayəsində necə yaxşı filmlər çəkə və satışını necə həyata keçirə biləcəyini öyrənir. Hollivudlular üçün isə Çinlə işləmək sadə dillə desək ağıllı iqtisadi qərardır.

Hazırda Hollivud üçün yaxşı biznes Çində və bilet ofislərində rekord qırmaq deməkdir.

XS
SM
MD
LG