Accessibility links

Çinli dissident xaricə getmək üçün pasport alacaq


Çinli fəal Çen Quanqçenq deyir ki, ona və ailəsinə ölkədən çıxmaq üçün növbəti iki həftə ərzində pasport veriləcək.

Dissident Qərb müxbirlərinə bildirib ki, rəsmilər onun üçün visa sənədləri gətiriblər və ona bildiriblər ki, sənədlərin təsdiqi təqribən 15 gün vaxt aparacaq.

Çen və ailəsi pasport alan kimi Birləşmiş Ştatlara səfər edə bilərlər. Nyu York Universiteti Çen üçün təqaüd ayırıb.

Ötən ay Şanqdonq vilayətindəki evindən qaçan Çen Pekindəki ABŞ səfirliyində sığınacaq tapmışdı.

XS
SM
MD
LG