Accessibility links

Çinli fəal: Kiçik həbsxanadan çıxıb böyük həbsxanaya salınmışam


Sentyabrda azadlığa çıxan Çen Qanqçenq haqda ilk dəfə məlumat yayılıb

Çinin tanınmış fəalı barədə internetdə yerləşdirilən yeni videoda o özü və həyat yoldaşının daim nəzarət altında olmasından şikayət edir.

Bu gün Youtube veb səhifəsində yerləşdirilən videoda gözləri görməyən fəal Çen Qanqçenq haqda sentyabr ayında həbsdən çıxandan bəri ilk dəfədir informasiya verilir. Çen 2006-cı ildə ölkə rəsmilərimni minlərlə qadının uzun müddətli hamiləliyinə son qoymaq və sterilizasiya etməkdə ittiham etdiyinə görə həbs edilmişdi.

Bir saatlıq video Amerika insan haqları qrupu olan Çin Yardım tərəfindən yerləşdirilib. Videoda Çen 24 saat nəzarət altına olmasından şikayət edir. O deyir ki, mən kiçik həbsxanadan çıxıb böyük həbsxanaya salınmışam.

XS
SM
MD
LG