Accessibility links

Çinlilər Barak Obamanın Google-plus səhifəsinə axışır


Çinlilər Barak Obamanın Google-plus səhifəsinə axışır
Çinlilər Barak Obamanın Google-plus səhifəsinə axışır

Çin hökumətinin sosial şəbəkəyə qoyduğu qadağanı aradan qaldırmasından az sonra yüzlərlə çinli ABŞ prezidenti Barak Obamanın Google-plus səhifəsini mesajlarla doldurublar.

Kommunist hökumətin sərt məhdudiyyətləri üzündən Google-plus yaranandan bəri çinli istifadəçilərə məqbul olmayıb.

Lakin son bir neçə gündə çinlilər bu şəbəkəyə çıxış əldə ediblər. Bunun Çin hökumətinin senzuranı aradan qaldırması, yaxud da senzura sisteminə virusun daxil olması üzündən baş verib-vermədiyi aydın deyil.

Cənab Obama üçün qoyulan şərhlərin əksəriyyəti söz azadlığı, insanlar haqları, eyni zamanda ABŞ-da yaşamaq üçün yaşıl kart almaq kimi məişət tipli suallar üzərində cəmləşib.

XS
SM
MD
LG