Accessibility links

ABŞ Dövlət katibi Klinton Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb


ABŞ Dövlət katibi Klinton Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb
ABŞ Dövlət katibi Klinton Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb

Prezident İlham Əliyev Dövlət katibi Klintona deyib ki, Qarabağ münaqişəsi regionda sabitlik üçün əsas təhlükədir

Azərbaycan prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Hillari Klintondan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında kömək istəyib. Cənab Əliyev deyib ki, Qarabağ münaqişəsi regionun sabitliyi üçün əsas təhlükədir.

Prezident Əliyev və Dövlət katibi Klinton bu gün Bakıda danışıqlar aparıb. Xanım Klinton görüşdən sonra deyib ki, Vaşinqton hər iki ölkəyə davamlı sülhün əldə edilməsində kömək etməyə hazırdır.

Bakıdan Ermənistana yola düşməzdən öncə ABŞ Dövlət katibi bildiri ki, o, prezident Əliyevlə görüş zamanı həbs edilmiş blogerlər Adnan Hacızadə və Emin Millinin məsələsini qaldırıb. Onların işi Azərbaycanda media azadlıqları ilə bağlı beynəlxalq səviyyədə narahatlıqlara səbəb olmuşdur.

XS
SM
MD
LG