ABŞ Dövlət katibi Hillari Klinton deyib ki, Birmada insan hüquqları sahəsində vəziyyət acınacaqlı olaraq qalır. O, Hindistanı Birma rəsmiləri demokratiya tərəfdarı lideri Aung San Syu Çi ilə danışıqlara təşviq etməyə çağırıb. Xanım Klinton deyib ki, Hindistan rəhbərliyi insan hüquqları sahəsində pozuntular əleyhinə çıxış etmək də daxil olmaqla, Asiya-Sakit okeanı regionunda öz üzərinə yeni məsuliyyətlər götürməlidir. Onun sözlərinə görə, Hindistan regionun gələcəyinin müsbət istiqamətdə formalaşdırmaq potensialına malikdir.
Dövlət katibi Klinton:"Birmada insan hüquqları sahəsində vəziyyət acınacaqlı olaraq qalır"
- Amerikanın səsi