Accessibility links

Dövlət katibi Klinton ABŞ-ın Yaxın Şərqdə fəallara dəstəyini ifadə edib


ABŞ Dövlət katibi Hillari Klinton Dövlət Departamentində Yaxın Şərq demokratiya fəalları ilə görüşüb. Xanım Klinton onlardan Birləşmiş Ştatların azadlıq və insan haqlarının inkişaf etdirilməsinə necə yardım edə bilməsi ilə bağlı fikirlərini söyləməsini istəyib.

Dövlət katibi Klinton ABŞ-ın demokratiya və insanın hüquqlarının müdafiə edilməsi işində fəallara mümkün qədər dəstək verməyə çalışdığını deyib. O bildirib ki, ABŞ-ın özündə quldarlığın ləğv edilməsi və qadınlara səs vermək hüququnun verilməsi kimi insan hüquqları uğrunda mübarizə aparılıb.

Dövlət Departamentində görüşdə iştirak edən fəllar Misir, Liviya, Tunis və Yəmən daxil olmaqla hökumət əleyhinə nümayişlər nəticəsində siyasi keçid dövrünü yaşayan Yaxın Şərq və Şimali Afrika ölkələrini təmsil edirlər.

Əlcəzair, İordaniya, Küveyt, Livan, Mərakeş, Fələstin əraziləri və Qətərdən gəlmiş fəallar da görüşdə iştirak ediblər. Onların çoxu Dövlət Departamentində bu ayın əvvəli vətəndaş cəmiyyəti dialoqunun iştirakçısı olub.

XS
SM
MD
LG