Accessibility links

Clubhouse nədir? Və nə üçün bu qədər populyar oldu?


"Clubhouse" nədir? Və nə üçün bu qədər populyar oldu?
please wait

No media source currently available

0:00 0:02:35 0:00

New York Times-ın hazırda ən çox dərc olunan müəllifi Rahaf Harfoush Clubhouse adlı yeni sosial media platformasında müzakirəyə ev sahibliyi edir. O günün ən azı iki - üç saatını bu platformada yer alan üç müxtəlif həftəlik proqrama ev sahibliyi edir, eləcə də digərlərini dinləyir: "Orada aşpazlar, film prodüserləri, sahibkarlar, sənət adamları, yazıçılar və idmançılar var. Hər kəs öz qrupunu tapır və hər kəs necə töhfə verə biləcəyi barədə düşünür."

Harfoush ən maraqlı müzakirələrin qapalı qruplarda baş verdiyini bildirir. Lakin açıq otaqlarda da dinləmək üçün çox müzakirələr var. Elon Mask, Mark Zukerberq, Cared Leto tanınmış insanlar da müzakirələrə ev sahibliyi edir.

Belə otaqların birində Elon Maskla Robinhood CEO-su Vlad Tenev-in müzakirələrini dinləmək mümkündür.

Sosial şəbəkəyə hələ ki, dəvət əsasında üzv olmaq mümkündür. Və üstəlik yalnız iPhone telefonları ilə qoşulmaq olur.

Platforma müzakirələr zamanı səslərin yazılıb saxlanmasına icazə vermir. Lakin çıxış edənlər və moderatorlar bunun üçün xüsusi icazə verə bilər. Və bəzi söhbətlərin yazılıb arxivləşdirilməsinə imkan verilməsinə səbəb platformaya son dövrlərdə olduqca yüksək sayda istifadəçi axını ola bilər. Platformaya gələn üzv sayının qısa müddətdə 600 mindən 8 milyona sıçraması şirkətin dəyərinin 1 milyarda yüksəlməsinə səbəb olub.

Texnalogia analitiki Jeremiah Owyang sosial platfomanı belə izah edir: "Bu, istifadiçlərə real vaxtda səsli söhbətləşməyə imkanı verir, sanki bir növ qrup çatdır, lakin səsli formada. Lakin burada siz əvvələr tanımadığınız insanlarla əlaqə qura bilə və ya hazırkı dostlarınızla müzakirələr apara bilərsiniz".

Owyang hələ ki, Clubhouse-a 30-a yaxın rəqib platforma ilə qarşılaşdığını və ilin sonuna kimi bunun 100-dən çox ola biləcəyini deyir.
Bu yeni platformanın ən böyük mənfi tərəfi gizlilik məsələsidir. İstifadəçilər hər zaman səslərinin yazıldığını düşünə bilər. Lakin narahatlıq bununla da bitmir.
Owyang deyir ki, "onlayn bullinq, dezinformasiya, digər xoşagəlməz hərəkətlər ola bilər və ya bəzi şəxslər fırıldaqçılıqla məşğul ola bilər. Ya da xarici ölkələrdən gələn yalan infromasiyalar qlobal olaraq rahatlıqla yayıla bilər".

Clubhouse hələ ki, pulsuz xidmət göstərir. Lakin bəzi ekspertlər şirkətin gələcəkdə premium hesablar, ödənişli abunəçilik və reklamlar tətbiq edə biləcəyini düşünür.

XS
SM
MD
LG