Accessibility links

Cəmil Həsənli: “Azərbaycan 2003-cü ilədək Alternativ Xidmətlə bağlı qanun qəbul etməsi barədə öhdəlik götürüb”(AUDİO)


Cəmil Həsənli: “Azərbaycan 2003-cü ilədək Alternativ Xidmətlə bağlı qanun qəbul etməsi barədə öhdəlik götürüb”(AUDİO)
Cəmil Həsənli: “Azərbaycan 2003-cü ilədək Alternativ Xidmətlə bağlı qanun qəbul etməsi barədə öhdəlik götürüb”(AUDİO)

Bu gün Gəncə şəhər Nizami rayon məhkəməsində gənc fəal Bəxtiyar Hacıyevin məhkəmə prosesi başlayıb. Məhkəməni çoxsaylı ziyalılar və gənclər izləyib. Gənclər üzərində "Bəxtiyara ədalət istəyirik! Çünki Azərbaycanı sevirik! “şüarlar yazılmış köynəklər geyinib.

Məhkəməni izləmək üçün tarix elmləri doktoru, Milli Məclisin keçmiş üzvü Cəmil Həsənli və Azərbaycan Naminə İctimai Forumun təsisçisi Eldar Namazov da paytaxtdan Gəncə şəhərinə gedib. Bir günlük Gəncə səfərindən sonra Cəmil Həsənli izlədikləri məhkəmə prosesi və Bəxtiyar Hacıyev haqqında başladılan cinayət işi barədə Amerikanın səsinə müsahibə verib.

Sual: Bu gün Bəxtiyar Hacıyevin məhkəməsində iştirak etmisiniz? Məhkəmə prosesi ilə bağlı fikirlərinizi bölüşə bilərsinizmi? Yəni məhkəmənin obyektivliyini necə qiymətləndirirsiniz?

Cavab: Bu gün erkən saatlarda Eldar Namazovla (Azərbaycan Naminə İctimai Forumun rəhbəri) birlikdə Gəncə şəhərinə yollandıq. Saat 11-də Bəxtiyar Hacıyevin məhkəmə prosesi başlamalı idi. Məhkəmə prosesində iştirak edib, özümüz bilavasitə oradakı hadisələrin şahidi olmaq istəyirdik. Biz dostumuza qarşı irəli sürülən iddianın nə dərəcədə əsaslı olduğunu eşitmək istəyirdik. Prosesə yetişdik, orada iştirak etdik. Məhkəmədə xeyli dərəcədə gənc iştirak edirdi. Bunların bir hissəsi Bakıdan gələn gənclər idi, bir hissəsi də Gəncədən olan gənclər idi. Məhkəmə zalı dolu idi.

Cəmil Həsənli: “Azərbaycan 2003-cü ilədək Alternativ Xidmətlə bağlı qanun qəbul etməsi barədə öhdəlik götürüb”(AUDİO)
Cəmil Həsənli: “Azərbaycan 2003-cü ilədək Alternativ Xidmətlə bağlı qanun qəbul etməsi barədə öhdəlik götürüb”(AUDİO)
Bu, qurama bir məhkəmə işidir. Mən sadəcə olaraq, dövlət ittihamçısının orada nə vəziyyətə düşdüyünün şahidi oldum. Vəkillər bütün mənzərəni ortaya qoydular. Alternativ hərbi xidmətlə bağlı analoji iddialar olub. Həmin analoji işlər haqqında qəbul olunmuş qərarlar ondan ibarətdir ki, orada cinayət tərkibi olmadığına görə, həmin dövrdə qaldırılmış cinayət işlərinə xitam verilib. Bəxtiyar Hacıyev və onun vəkilləri də belə hesab edirlər ki, o, hərbi xidmətdən imtina etmir. Sadəcə olaraq öz konstitusion hüququnu tələb edir.

İlk baxışdan görünür ki, bu, Bəxtiyar Hacıyevin siyasi baxışları ilə bağlıdır. Görünür onun apardığı seçki kampaniyası, televiziyadakı çıxışları, sosial şəbəkələrdəki fəaliyyəti müəyyən dərəcədə narahatlıq doğurur və ona qarşı açılmış məhkəmə işi də həmən narahatlıqların nəticəsidir.

Sual: Bəxtiyar Hacıyevin hüquqlarının müdafiəsi ilə bağlı məsələlərə mövqeyiniz necədir? Siz özünüz də bununla bağlı dəfələrlə çıxışlar etmisiniz?

Cavab: Mən bu gənci müdafiə edirəm. Əlbəttə, istəyirəm ki, məni dinləyənlər məni düzgün başa düşsünlər. Mən ümumiyyətlə Azərbaycan gənclərinin ordudan yayınmasının tərəfdarı deyiləm. Ordu bizim ən müqəddəs yerimizdir. Orduya münasibətdə vətəndaşlar öz üzərinə düşən hüquqları və vəzifələri yerinə yetirməlidirlər. Amma bu adam öz konstitusion hüququnu tələb edir və alternativ xidmət keçmək istəyir. Azərbaycan öz Konstitusiyasında bunu əks etdirib və Avropa Şurasına qəbul olunanda öz üzərinə öhdəlik götürüb ki, 3 il müddətinə, yəni 2003-cü ilə qədər alternativ xidmətlə bağlı qanun qəbul edəcək. Təəssüf ki, bu edilməyib və bu edilmədiyinə görə, dövlət orqanlarının öz vəzifələrini yerinə yetirməməsindən vətəndaş ziyan çəkir.

O ki, qaldı onun müdafiəsinə, əlbəttə, mən bir istedadlı, yüksək təhsilli, intelektual gənc kimi Bəxtiyarı müdafiə edirəm. Onun xeyli gənc dostları da müəyyən sosial şəbəkələrdə Bəxtiyarın müdafiəsini çox yaxşı aparırlar. Hesab edirəm ki, bu gəncə qarşı qaldırılan cinayət işinə xitam veriləcək və o, azadlığa buraxılacaq.

Sual: Məhkəmənin son qərarının nə olacağını düşünürsünüz? Gözləntiləriniz nədir?

Cavab: Bu gün vəkillər tərəfindən qaldırılan bütün vəsatətlər hakimlər tərəfindən rədd edilib. Belə olduqda, bu gün prosesin sonun vəkillər məhkəmə heyətinə etiraz ediblər. Qarşıdakı günlərdə bu vəsatətə baxılacaq: ya rədd ediləcək, yaxudda ki, digər hakim Bəxtiyar Hacıyevin işinə baxmaqda davam edəcək.

XS
SM
MD
LG