Accessibility links

Cənubi Koreya Şimali Koreya ilə ticarət əlaqələrini dondurdu


ABŞ Seulla hərbi əməkdaşlığı gücləndirir

ABŞ Prezidenti Barak Obama deyir ki, Birləşmiş Ştatlar Cənubi Koreya gəmisini batırdığına görə Seulun Şimali Koreyanı cəzalandırmaq planlarını tam dəstəkləyəcək. Ağ Evin açıqladığı bəyanatda deyilir ki, cənab Obama gələcək təcavüzlərin qarşısını almaq üçün hərbi komandirlərə Cənubi Koreyalı həmkarları ilə əməkdaşlıq aparmağa göstəriş verib. Pekində səfərdə olan ABŞ Dövlət Katibi Hillari Klinton Çin rəsmiləri ilə intensiv danışıqlar aparıldığını bildirib. Klinton çərşənbə günü müzakirələri davam etdirmək üçün Seula getməyi planlaşdırır. Cənubi Koreya prezidenti Li Myunq Bak televiziya ilə xalqa müraciətində şimala qarşı sanksiyalar üçün BMT Təhlükəsizik Şurasına müraciət edəcəyini bildirib. O, habelə bildirib ki, Şimali Koreyanın ticarət gəmilərinə artıq Cənubi Koreya sularında üzməyə icazə verilməyəcək və rəsmi Pxenyanla bütün ticari mübadilələr dondurulacaq.

XS
SM
MD
LG