Accessibility links

Cənubi Koreya Şimali Koreya sərhədi yaxınlığında hərbi təlimlərə başlayır


Cənubi Koreya Şimali Koreya sərhədi yaxınlığında hərbi təlimlərə başlayır
Cənubi Koreya Şimali Koreya sərhədi yaxınlığında hərbi təlimlərə başlayır

Cənubi Koreya sabah Şimali Koreya sərhədi yaxınlığında əsas hərbi təlimlərə başlayacağını elan edib.Yonpyonq adasında həqiqi güllələrdən istifadə olunan hərbi təlimlərdən 3 gün sonra keçiriləcək növbəti hərbi manevrlər regionda gərginliyi artırıb.Cənubi Koreyanın hərbi dəniz qüvvələri də ölkənin şərq sahillərində ənənəvi atəş və sualtı gəmilərə qarşı 4 günlük təlimlər keçirir.Rəsmilər deyir ki, cənub sərhədindən cəmi 20 kilometr aralıda olan Poçeonda keçirilən hərbi manevrlər həcminə görə əvvəlkilərdən daha genişmiqyaslı olacaq. Buna səbəb keçən ay 4 nəfərin ölümü ilə nəticələnən Şimali Koreyanın Yonpyonqda artileriya hücumudur. Təlimlərdə qırıcı təyyarələr, vertolyotlar, tanklar və özü atəş açan K-9 silahlarından istifadə olunacaq.

XS
SM
MD
LG