Accessibility links

Cənubi Koreya Şimali Koreyanın sabiq liderinin dəfn mərasiminə nümayəndə heyəti göndərmədi


Cənubi Koreya Şimali Koreyanın sabiq liderinin dəfn mərasiminə nümayəndə heyəti göndərmədi
Cənubi Koreya Şimali Koreyanın sabiq liderinin dəfn mərasiminə nümayəndə heyəti göndərmədi

Şimali Koreya Cənubu Koreyanı ali lider Kim Conq İlin ölüm xəbərinə qəbuledilməz reaksiya verməkdə ittiham edib. Cənubi Koreya rəsmiləri şimali koreyalılara rəğbət bəslədiklərini ifadə ediblər, lakin cənab Kimin gələn həftə keçiriləcək dəfn mərasiminə hökumət üzvlərindən ibarət nümayəndə heyəti göndərməməyə qərar veriblər.

Şimalın rəsmi veb səhifəsindəki bəyanatda deyilir ki, Seulun bu qərarı Şimal-Cənub münasibətlərinə mənfi təsir göstərəcək. Şimali Koreya rəsmiləri Cənubi Koreyadan dəfn mərasimində iştirak etməyə gələn hər bir nümayəndə heyəti üçün sərhədləri açdığını bildirib.

XS
SM
MD
LG