Accessibility links

Cənubi Koreya Yaponiyadan dəniz məhsullarının idxalını dayandırdı


Cənubi Koreya hökuməti ötən il Yaponiyada baş verən dağıdıcı nüvə fəlakətindən ehtiyatlanaraq bu ölkədən idxal olunan 35 növ dəniz məhsullarına qadağa tətbiq edib.

Seulun Ərzaq, Kənd Təssərrüfatı, Meşəçilik, və Balıqçılıq Nazirliyinin bəyanatında qeyd olunur ki, bu müvəqqəti tədbirlər Fukuşima Atom Stansiyasının yerləşdiyi ərazi sularından tutulmuş dəniz məhsullarından Cənubi Koreya vətəndaşlarını qorumaq üçün nəzərdə tutulmuşdur.

Yaponiyanın cənub-şərq sahilində yerləşən Atom Elektrik Stansiyası kecən ilin mart ayında güclü zəlzələ və sunami nəticəsində zədələnmişdi. Həmin stansiya qismən ərimiş və böyük ərazini potensial təhlükəli radiasiyaya məruz qoymuşdu.

Fukuşima sahillərinin dəniz məhsullarının radiasiya səviyyəsi tədricən azalmaqda davam edir. Buna baxmayaraq zərər görmüş ərazilərdən tutulan məhsulların satışı hələ də qadağan olunmaqdadır. Satış üçün nəzarətdən keçmiş məhsullara potensial alıcılar indiyədək də ehtiyatla yanaşırlar.

Keçən həftənin Çərşənbə günü qadağan olan dəniz məhsullarına qalxanbalığının bir neçə növləri və malyusklar daxildir ki, bunlar artıq Yaponiyada qadağan olunmuşdur. Seulun ən son qərarı ilə Yaponiyadan idxal olunan dəniz məhsullarına qoyulan qadağa 64 növü əhatə edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG