ABŞ Prezidenti Co Bayden cümə axşamı ilk rəsmi mətbuat konfransı zamanı bir saat boyunca müxbirlərin suallarını cavablandırıb. Bu mətbuat konfransının bir məqsədi mühafizəkar tənqidçilərin ABŞ-ın ən yaşlı seçilmiş prezidentinin işinin başında olmayacağına dair söylədiklərini təkzib etmək olub.
Açılışda administrasiyasının koroanvirus pandemiyası ilə mübarizəsi ilə bağlı qısa qeydlərini təqdim edəndən sonra Bayden 10 müxbirin suallarını cavablandırıb.
Prezidentlik vəzifəsinin 65-ci günündə Baydenə ünvanlanan sualların çoxunu immiqrasiya aid, xüsusilə də hökumətin sərhəddə uşaq miqrantlara rəftarı ilə suallar təşkil edib.
Ölkədaxili məsələlərlə bağlı suallara Bayden bədahətən cavab versə də, Əfqanıstan və Çin daxil olmaqla, xarici siyasət məsələləri ilə bağlı suallara cavabları o, pnündəki qeydlərdən oxuyaraq cavablandırıb.
Baydenin üç ildən uzun müddət sonra keçiriləcək növbəti prezident seçkisi ilə bağlı suala cavabı isə müzakirə mövzusuna çevrilib. Belə ki, o, 2024-cü ildə yenidən namizəd olmaq niyyətində olduğunu deyib. Lakin o, daxili qarışıqlıq yaşayan müxalif Respublilaçılar Partiyasının o zama mövcud olub-olmayacağına dair bir fikrinin olmadığını deyib.
Respublikaçıların səsvermə məhdudiyyətləri ilə bağlı təzyiqinə dair suala Bayden “Mən bu təşəbbüsün nə qədər anti-amerikan olmasından narahatam. Bu, məyusedicidir”- deyə cavab verib.
Prezident ABŞ Senatında uzun illərdir mövcud olan “filibaster” prosedurunun (əksəriyyətin qanunvericilik fəaliyyətinə mane olmaq məqsədilə azlığın diqqəti yayındırmaq üçün istifadə etdiyi vasitə) əngəl olduğunu və senatorlar tərəfindən “çox dəfə” sui-istifadə edildiyi barədə gileylənib.
Filibaster proseduruna əsasən,Senatda qanun layihəsinin qəbul olunması üçün 60 səsə ehtiyac var ki, bu da Baydenin qanunvericilik gündəmindəki bəzi məsələləri, o cümlədən immiqrasiya islahatı, səsvermə hüququ və mümkündür infrastruktur planını həyata keçirməsini çətinləşdirir.
Bundan əlavə Bayden sələfi Donald Trampa da söz atıb.
“Mən aydınlıq gətirdim ki, heç bir Amerika prezidenti, -ən azı biri bu edib – amma heç bir Amerika prezidenti uyğurların başına gələnlər, Honq Konqda baş verənlər barədə danışmaqdan çəkinməyib,” Bayden Çinlə bağlı suala cavab olaraq bildirib. “Biz buyuq. Prezident , sonuncu prezidentin etdiyi kimi, bundan yayındığı zaman biz dünyadakı legitimliyini itirməyə başlayırıq.”
Şimali Koreyanın cümə axşamı Asiya sularına atdığı qısa-mənzilli balistik raketlə bağlı suala cavaab olaraq Bayden deyib ki, Birləşmiş Ştatlar “müttəfiqlərimiz və tərəfdaşlarımızla məsləhətləşir və onlar eskalasiya etməyə qərar versələr cavab tədbirləri olacaq. Biz müvafiq qaydada cavab verəcəyik.”
Bayden mətbuat katibinin gündəlik brifinqlərini bərpa etsə də, bir çox dəfə Ağ Ev müxbirlərinin bir-iki sualını başqa formatlarda özü cavablandırıb. O, son qırx ildə vəzifəsinin icrasına başlayandan sonra uzun müddət rəsmi sual-cavab sessiyası keçirməyən il prezidentdir. Bu isə son həftələrdə tənqidlərə səbəb olub.
Lakin Baydenin cavabları onun tənqidçilərini susdurmağa müvəffəq olmayıb.
Respublikaçılar senator Lindsi Qraham deyib k, Baydenin mətbuat konfransını “izləmək çətin idi,” və prezidentin immiqrasiya məsələlərini anlamadığını iddia edib.
“Onun vəziyyətlə bağlı məlumatı yoxdur, çünki o, problemi anlamır,” senator deyib.
Corc W. Buşun administrasiyası dövründə Ağ Evin mətbuat katibi olmuş Ari Fleişer Twitter-də Baydeni xarici siyasətlə bağlı sualları cavablamaq üçün “dərsliyə” üz tutduğuna görə tənqid edib və bunu daha öncə görülməmiş bir addım adlandırıb.