Accessibility links

Trampın seçki nəticələrini qəbul etməməsi fonunda Co Baydenə təbrik zəngləri gəlir


ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden yanvar ayının 20-nə, andiçmə mərasimindən əvvəl dünya liderlərindən telefonla təbriklər almaqda davam edir. Telefon zəngləri prezident Donald Trampın noyabrın 3-ü seçkilərindən sonra məğlub olduğunu etiraf etməkdən imtina etdiyi və nəticələri qəbul etmədiyi vaxt davam edir.

Bayden-Harris keçid dövrü qrupu Baydenin çərşənbə günü Avstraliyanın baş naziri Skott Morrison, Yaponiyanın baş naziri Yoşihide Suqa və Cənubi Koreya prezidenti Mun Jeylə danışdığını və təbriklərinə görə təşəkkür etdiyini bildirib. Bəyanatda söhbətlər zamanı iqlim dəyişikliyi, COVID-19 və demokratiyanın gücləndirilməsi məsələlərinə toxunulduğu bildirilib.

Keçid qrupu rəsmilərinin verdiyi məlumata görə, Bayden cari həftənin əvvəlində Britaniya, Kanada, Fransa, Almaniya və İrlandiya liderləri ilə də telefonla danışıb. Xəbərlərə görə, o, NATO müttəfiqi Türkiyə ilə də əlaqə qurub.

Yaponiyanın baş naziri Yoşihide Suqa yeni seçilmiş prezident Baydenlə ölkələrinin müttəfiqliyinin əhəmiyyəti və qarşılıqlı vacib məsələlərdə, xüsusən də regional təhlükəsizlik mövzusunda birlikdə çalışmaq barədə "əsaslı bir söhbət" apardıqlarını deyib.

Suqa Tokioda jurnalistlərə Bayden və seçilmiş ilk qadın vitse-prezident olaraq Kamala Harrisi təbrik etdiyini bildirib.

Yaponiyanın baş naziri Baydenə regional təhlükəsizliyin getdikcə daha vacib bir məsələ olduğunu deyib.

"Baydenə dedim: Yaponiya-ABŞ müttəfiqliyi, Yaponiya ətrafındakı təhlükəsizlik mühitinin getdikcə yaxşılaşdırılması yalnız bölgə üçün deyil, beynəlxalq cəmiyyətin də sülh və rifah üçün mühümdür və bunu daha da gücləndirməliyik.”

Baydenin razılaşdığını söyləyən Suqa ABŞ-Yaponiya tərəfdaşlığının gücləndiriləcəyi və Hindistan-Sakit Okean bölgəsində sülh və sabitliyə nail olmaq üçün birlikdə çalışacağını ümid etdiyini bildirb..

Çin Cənubi Çin dənizində süni adalar quraraq, onları hərbiləşdirib və dənizin bütün əsas balıqçılıq və su yollarına sahib olduğu iddiasını davam etdirir. Yaponiya isə Çinin Şərqi Çin dənizindəki Çində Diaoyu adlanan və yaponların nəzarətin olan Senkaku adalarına iddiasından narahatdır.

Sentyabr ayında sağlamlıq səbəbi ilə istefa verən Şinzo Abenin yerinə seçilən Suqa Bayden ilə ən qısa zamanda görüşməyə razı olduqlarını deyib.

Şərhlərə bax

XS
SM
MD
LG