Accessibility links

Co Bayden: "COVİD-19-la mübarizədə baş komandana ehtiyacınız var"


Çərşənbə günü ABŞ-a yeni seçilmiş prezident Co Bayden deyib ki, COVID-19-a qarşı mübarizə “müharibəyə getməyə bənzəyir və buna görə də baş komandana ehtiyacınız var".

“Mən də səhvlər edəcəyəm. Lakin onları etdiyim zaman boynuma alacağıma da söz verirəm. Eyni zamanda məsuliyyəti də öz üzərimə götürəcəyəm” - deyə, Bayden koronavirusla mübarizə aparan səhiyyə işçiləri ilə virtual dəyirmi masa söhbəti zamanı bildirib.

Noyabrın 3 -ü, prezident Donald Trampa qarşı seçkilərin proqnozlaşdırılan qalibi Bayden inaqurasiyadan sonra bütün ştatların qubernatorlarını maska taxmaq, testdən keçmək, izləmə və sosial məsafə kimi tədbirlərin məcburi olmasına göstəriş vermələrinə çağıracağını deyib.

“MənMüdafiə Səlahiyyəti Qanunundan istifadə edəcəyəm. Mən qətiyyətimdən istifadə edəcəm. Bu, prezident mühümdür” - deyə, Bayden əlavə edib.

Bayden pandemiya səbəbiylə uzun zamandır dərslərdən geri qaldıqlarına görə, uşaqları yenidən məktəbə qaytarmaq yollarını tapmağın vacib olduğunu deyib.

Çərşənbə günü Nyu York şəhəri ölkənin ən böyük məktəb sistemini bağladığını elan edib. Şəhərdə ardıcıl yeddinci gündür COVID-19-a yoluxanların sayı 3%-dən yuxarı olduğu bildirilib.

Boston və Detroyt şəhərləri də daxil olmaqla, ölkənin digər böyük şəhərlərində də əyanı dərslərin dayandırılması üçün addımlar atılıb.

Pandemiya başladığından bəri ABŞ-da 11,5 milyondan çox təsdiqlənmiş yoluxma halı qeydə alınıb.

XS
SM
MD
LG