Accessibility links

Co Bayden İraq liderlərini siyasi dialoqa səsləyib


Co Bayden İraq liderlərini siyasi dialoqa səsləyib
Co Bayden İraq liderlərini siyasi dialoqa səsləyib

Ağ Evin bəyanatında ABŞ-ın vitse-prezidenti Co Baydeninin İraqın baş naziri Nuri Əl-Maliki və kürd regionunun prezidenti Məsud Bərzani ilə telefon söhbəti zamanı onları siyasi dialoqa səslədiyi bildirilir. Bayden hər iiki liderlə İraqın hazırkı siyasi durumunu müzakirə edib. ABŞ-ın vitse-prezidenti Amerikanın İraqla uzunmüddətli strateji tərəfdaşlıq vədinə əməl edəcəyinə söz verib.

Gərginlik Nuri Əl-Malikinin hökumət rəsmisinin qətlində ittiham edələn Tariq Əl-Haşeminin ədalət məhkəməsi qarşısına çıxarılmalı olduğunu deməsi ilə baş qaldırıb. Sünni Haşemi isə ittihamların siyasi motivlərə əsaslandığını deyir.

İraqın Daxili İşlər Nazirliyi Haşeminin üç cangüdəninin İraq hökuməti və təhlükəsizlik rəsmilərini hədəf alan bomba hücumunun arxasında durduğunu etiraf edib.

Hücum və Əl-Malinin çağırışı parlamentdə sünni siyasətçi, baş nazir müavini Saleh Əl-Mütləqin etimadsızlıq səsverməsindən sonraya təsadüf edir. Haşemi və Mütləqi İraqın sünni İraqiyə siyasi blokunun lideridir. Bu blok koalisya hökumətinin tərkibinə daxildir.

XS
SM
MD
LG