Accessibility links

Co Bayden: Tramp zəhmətkeş sinfin problemlərindən bixəbərdir


ABŞ prezidentliyinə Demokrat namizəd Co Bayden Prezident Trampın orta sinif amerikalılara münasibətini tənqid edib. Namizəd çərşənbə günü uşaqlıq illərini keçirdiyi Pennsilvaniyanın Skranton şəhərində danışıb.

Arxasında böyük bir Amerika bayrağı, köhnə dostları və böyük ailəsininn səmimimiyyəti fonunda danışan Bayden prezidenti vergi siyasəti, iqtisadi idarəetmə və ümumilikdə ABŞ-ın işçilərinin rifahına xələl gətirən şarlatan populist adlandırıb.

“Bu administrasiyanın ağır çalışan, ləyaqətli adi amerikalıların nələrdən keçdiyindən xəbəri belə yoxdur,” sabiq vitse-prezident bildirib.

Bu administrasiyanın ağır çalışan, ləyaqətli adi amerikalıların nələrdən keçdiyindən xəbəri belə yoxdur.

Debatlardakı büdrəmələr fonunda bu 45 dəqiqəlik çixiş Baydenin indiyədək effektiv şəkildə sınaqdan keçirdiyi Trampa hücum taktikasının davamı kimi qiymətləndirilir.

Baydenin yardımçıları onun Respublikaçıların vergi ixtisarının ləğvi, iqlim dəyişikliyi, silahlara nəzarət, təhsil xərcləri kimi problemləri həlli kimi son cəhdlərini “Amerikanın onurğası” olan orta sinfin yenidən bərpasına yönələn iqtisadi siyasət müraciəti kimi təsvri edib.

Demokratların prezidentliyə namizədlik uğrunda yarışında favorit mövqedə olan Bayden 2020-ci il seçkilərini “millətin ruhu uğrunda savaş” kimi təsvir edib.

Co Bayden Obama administrasiyası dönəmində səkkiz il vitse-prezidenti vəzifəsində xidmət göstərib.
Co Bayden Obama administrasiyası dönəmində səkkiz il vitse-prezidenti vəzifəsində xidmət göstərib.

Pennsilvaniya ştatının Skranton şəhərində anadan olmuş və daha sonra Delaverə köçmüş Bayden demək olar ki, bütün karyerası boyu milli siyasətdə olub. 1972-ci ildə ilk Senat yarışını qazandıqdan sonra o, növbəti 36 ildə bu mötəbər qanunverici qurumda xidmət edib. Daha sonra səkkiz il prezident Barak Obamanın vitse-prezidenti vəzifəsində çalışıb.

Bayden 1988 və 2008-ci illərdə prezidentliyə namizədliyini irəli sürüb, lakin seçicilərdən yetərincə dəstək ala bilməyib.

XS
SM
MD
LG