Accessibility links

Co Bayden və Çin lideri Şi Tsinpin arasında telefon danışığı baş tutub


ABŞ Prezidenti Co Bayden və Çin lideri Şi Tsinpin cümə axşamı yeddi aydan sonra ilk dəfə olaraq telefon vasitəsi ilə 90 dəqiqə danışıq aparıb. Liderlər dünyanın iki ən böyük iqtisadiyyatı arasındakı rəqabətin qarşıdurmaya çevrilməsinə yol verməməyin vacibliyini müzakirə edib.

Ağ Evdən verilən açıqlamada bildirilir ki, liderlər iki ölkənin maraqları və dəyərlərinin toqquşduğu eləcə də üst-üstə düşdüyü məsələlər də daxil olmaqla "geniş strateji müzakirə aparıb".

ABŞ-ın yüksək səviyyəli bir rəsminin jurnalistlərə verdiyi məlumata əsasən danışıq mövzuları iqtisadi məsələlər, iqlim dəyişikliyi və COVID-19 olub.

Ağ Evin açıqlamasında həmçinin bildirilir ki, "Prezident Bayden Birləşmiş Ştatların Hind-Sakit okean, eləcə də dünyada sülh, sabitlik və firavanlığın olmasında davamlı marağını vurğulayıb və iki lider rəqabətin münaqişəyə çevrilməməsini təmin etmək üçün hər iki xalqın üzərində düşən məsuliyyəti müzakirə edib".

Bayden və Şi arasında fevral ayınıda baş tutan ilk ilk telefon zəngindən sonra keçirilən yüksək səviyyəli görüşlər zamanı insan haqlarından tutmuş COVID-19-un mənşəyi ilə bağlı şəffaflığa qədər bir çox məsələlərdə az irəliləyiş əldə olunub.

İki tərəf son bir neçə ayda demək olar ki, mütəmadi olaraq bir-birinə qəzəblənir, bir-birilərinin rəsmilərinə sanksiyalar tətbiq edib, və bir-birini beynəlxalq öhdəliklərini yerinə yetirmədiyinə görə qınayıb.

Çinin dövlət mediasının yaydığı məlumatda bildirilir ki, Şi Tsinpin Baydenə bildirib ki, ABŞ-ın Çinlə əlaqədar həyata keçirdiyi siyasət əlaqələrə "ciddi çətinliklər" törədir. Lakin o əlavə edib ki, hər iki tərəf tez-tez əlaqə saxlamaq və işçi qruplarının ünsiyyəti artırmalı olduqları üzərində razılaşıblar.

"Çin və ABŞ strateji cəsarət, anlayış və siyasi cəsarət nümayiş etdirməli və Çin-ABŞ əlaqələrini ən qısa zamanda sabit inkişaf yoluna qaytarmalıdır" deyə Çinin dövlət mediası Şi Tsinpin istinadən bildirir.

İki lider arasındakı danışıqlardan sonra cümə günü Asiyanın valyutaları və səhm bazarı güclənib.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG