Accessibility links

Co Bayden və Şi Tsinpin Asiya-Sakit Okean sammitində çıxış edəcək


ABŞ prezidenti Co Bayden və Çin lideri Şi Tsinpinin regional ticarət və geosiyasi gərginliyin artması fonunda cümə günü Sakit okean hövzəsi liderlərinə müraciət edəcəkləri gözlənilir.

Çin bu həftə 21 üzvdən ibarət Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) iclasının tonunu müəyyən edib. Belə ki, Şi cümə axşamı video çıxışında bölgənin Soyuq Müharibə dövrünün gərginliyinə qayıtmamalı olduğu barədə xəbərdarlıq edib.

Onun bu şərhinin ABŞ və onun regional müttəfiqlərinin Çinin artan məcburi iqtisadi və hərbi təsirlərinin qarşısını almaq səylərinə cavab olduğu təxmin edilir.

Ağ Evin bəyənatında bildirilir ki, Bayden toplantıda çıxış edərək COVID-19 pandemiyasının həlli və qlobal iqtisadiyyatın bərpasına dəstək üçün davam edən səyləri müzakirə edəcək. Bəyənatda həmçinin deyilir ki, "Prezidentin (iclasdakı) iştirakı ABŞ-ın Hind-Sakit okean regionuna və çoxtərəfli əməkdaşlığa sadiqliyini nümayiş etdirir".

Çinin Xarici İşlər Nazirliyi də Şinin görüşdə video vasitəsilə çıxış edəcəyini təsdiqləyib.

APEC toplantısı Bayden və Şi arasında çoxdan gözlənilən virtual sammitdən əvvəl baş tutacaq ki, bu da supergüclərin dünyanın iki ən böyük iqtisadiyyatı arasında artan gərginliyin münaqişəyə doğru getməsinin qarşısını almağa çalışdığını göstərir.

APEC Romadakı yüksək səviyyəli G-20 sammiti və Şotlandiyanın Qlazqo şəhərində baş tutan COP26 iqlim toplantısından sonra bu ilin son çoxtərəfli görüşüdür.

APEC 2021 tamamilə vitural şəraitdə baş tutub. Buna səbəb isə 18 aydır Yeni Zelandiyanın sərt pandemiya tədbirləri səbəbindən sərhədlərini demək olar ki, bütün səyahətçilər üçün bağlı saxlamasıdır.

APEC-in növbəti toplantısı gələn il Taylandda keçiriləcək. Rəsmilərin dediyinə görə, Birləşmiş Ştatlar on ildən artıq müddətdə ilk dəfə olaraq 2023-cü il APEC iclasına ev sahibliyi etməyi təklif edib, lakin bu təkliflə bağlı konsensus əldə olunmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Trampa qarşı yeni ittihamlar irəli sürülüb
please wait

No media source currently available

0:00 0:11:01 0:00
XS
SM
MD
LG