Accessibility links

Co Bayden və Angela Merkel Ağ Evdə görüş keçirəcək


Anqela Merkel və Co Bayden 2013-cü ildə Berlin görüşü zamanı

ABŞ prezidenti Co Bayden 15 iyulda Almaniyanın kansleri Anqela Merkeli Ağ Evdə qarşılayacaq. Bu, Almaniyaya 16 il rəhbərlik etdikdən sonra vəzifə müddətini başa vurmağa hazırlaşan kanslerin, ola bilsin ki, ABŞ-a son rəsmi səfəri olacaq.

Səfər Almaniyada iki ay sonra keçiriləcək parlament seçkiləri ərəfəsində baş tutacaq.

Görüşdə Almaniya-ABŞ əlaqələrinin davamlılığı və sabitliyininin vurğulanacağı gözlənilir. Keçmiş prezident Donald Tramp dövründə ABŞ-ın müttəfiqləri ilə zəifləyən əlaqələri Bayden administrasiyası tərəfindən yenidən canlandırılır.

Bayden keçən ay İngiltərədə keçirilən Böyük Yeddilərin sammiti çərçivəsində Merkellə görüşdən sonra, onu ən çox heyran olduğu avropalı lider kimi tərifləyib.

Bayden həmçinin Twitterdə ABŞ və Almaniya arasındakı əlaqələrin "hər zamankindən daha güclü olduğunu" yazıb və "işimizə davam etmək üçün" Ağ Evdə onu salamlamaqdan məmnun olduğunu bildirib.

İki veteran siyasətçinin 15 iyul görüşü zamanı koronavirus pandemiyası, Çin, eləcə də Rusiyadan Almaniyaya qaz nəql edəcək Şimal Axını 2 boru kəmərini müzakirə edəcəyi gözlənilir.

ABŞ 11 milyard dollar dəyərindəki boru kəməri layihəsinə qarşı çıxır. Vaşinqton bunun Avropanın enerji təhlükəsizliyinə tədid yaratdığını bildirir.

Lakin praqmatik siyasətçi Merkel layihənin sadəcə Rusiya ilə iş qurmağın yolu və milli suverenlik məsələsi olduğunu bildirir. O həmçinin layihə bitdikdən sonra da Ukraynanın təbii qaz üçün tranzit yolu olaraq qalacağına diqqət çəkir.

Digər tərəfdən Almaniya Çinlə güclü ticarət əlaqələrinin olmasına baxmayaraq eyni zamanda Pekinin insan haqları vəziyyətini ciddi tənqid edir. Merkel iqlim dəyişikliyi və koronavirus pandemiyasına qarşı mübarizə kimi qlobal məsələlərdə Çin ilə iş birliyinin zəruriliyində israr edir. Lakin o, Almaniyanın və ya Avropa İttifaqının Çin ilə ABŞ arasında tərəf seçmək məcburiyyətində qalacağı bir vəziyyətdən qaçmağı ümid edir.

Merkel səfəri zamanı həmçinin vitse-prezident Kamala Harris və ABŞ-ın digər yüksək səviyyəli rəsmiləri ilə də görüşəcək.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG