Accessibility links

Co Baydendən İrana xəbərdarlıq: "Diqqətli ol!"


ABŞ Prezidenti Co Bayden cümə günü İrana ABŞ-ın İranın dəstəklədiyi yarı-hərbi qüvvələrin Suriyanın İraq ilə sərhədində yerləşən təsisini dağıdan hava hücumundan sonra İraqda diqqətli addımlar atması barədə xəbərdarlıq edib.

“Siz cəzasız qalmadan hərəkət edə bilməzsiniz,” Bayden Hyustonda cümə axşamı müxbirlərin Suriyanın İraqla sərhədində yerləşən Bukamaldakı təsisi hədəf alan hava hücumuna göstəriş verməklə Tehrana nə mesajı çatdırmağa çalışdığına dair sualına cavab verərkən bildirib.

“Diqqətli olun,” o əlavə edib.

Prezident ilk dəfə idi ki, ABŞ-ın iki F-15 Eagles təyyarəsinin dəqiqliklə idarə olunan yeddi bomba ataraq, doqqu təsisi dağıdıb, ikisinə ciddi ziyan vurmasından sonra hücumla bağlı şərh verib. Bu hücumlar ABŞ-da siyasi debata səbəb olub.

Administrasiya rəsmiləri günün böyük bir hissəsini hava hücumunu müdafiə edərək keçiriblər və onun son iki həftədə, Ərbil və Bağdadda baş verən hücumlar daxil olmaqla, bir sıra raket hücumlarından sonra regionda Amerika qüvvələrini qorumaq üçün lazımı olduğunu iddia edib.

Bağdadın Yaşıl Zonasına Katyuşa raketi ilə hücum böyük ziyanlar vurmasa da, İraqın şimalında Ərbil Beynəlxalq Hava Limanı yaxınlığında baş verən hücum ABŞ-ın başçılıq etdiyi koalisiyasının podratçısının ölümünə, doqquz nəfərin yaralanmasına səbəb olub.

Lakin Baydenin öz siyasi partiyasının üzvləri də cümə günü prezidentin cavab olaraq hava hücumuna göstəriş verməklə çox irəliyə getdyini iddia edib.

“Amerika xalqı prezidentin bu hücumlarla bağlı izahatını və Konqresin təsdiqi olmadan hərəkət etməsinin hüquqi əsaslandırmasını eşitməyə haqqı var,” həm Silahlı Qüvvələr həm də Xarici Əlaqələr Komitələrinin üzvü olan Demokrat Senator Tim Keyn cümə günü bəyanatında bildirib.

“Konqresin təsdiqi olmadan hücum məqsədli hərbi əməliyyat həyata keçirmək fövqəladə hal olmadığı təqdirdə konstitusiyaya ziddir,” o əlavə edib.

Ağ Ev və Penqaton rəsmiləri tez bir zamanda cavab verərək, Ərbil və Bağdada hücumları əsas gətirərək Baydenin səlahiyyəti daxilində hərəkət etdiyini bildirib və əlavə hücumların da mümkün olduğuna işarə edib.

“Təhlükə olduğu zaman onun istədiyi zaman və şəkildə hərəkətə keçmək haqqı var,” Ağ Evin mətbuat katibi Cen Psaki Hyustona səfər zamanı prezidenti müşahidə edən müxbirlərə bildirib.

“Prezident amerikalıları müdafiə edəcəyinə dair birmənalı mesaj göndərir. Hücumdan öncə hərtərəfli hüquqi proses və baxış keçirilib,” o deyib.

Pentaqon cümə günü bildirib ki, hücum həyata keçirilmədən Konqres rəhbərliyinə xəbər verilib və növbəti günlərdə onlara gizlik brifinq keçiriləcək.

“Bu, həqiqətən də gələcəkdə Amerika qüvvələrini və koalisiya tərəfdaşlarını qorumaq üçün nəzərdə tutulan müdafiə məqsədli hücum idi,” Pentaqonun sözçüsü Con Kirbi cümə günü müxbirlərə deyib.

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG