Accessibility links

Co Baydenin ABŞ prezidenti seçilməsinə dünya liderlərinin reaksiyaları


Co Baydenin ABŞ prezidenti seçilməsinə dünya liderlərinin reaksiyaları
please wait

No media source currently available

0:00 0:03:58 0:00

Dünya liderləri Co Baydenin ABŞ prezident seçkilərində qələbəsinə reaksiya verməyə davam edir. Lakin Çin və Rusiya da daxil olmaqla ABŞ-ın bəzi rəqibləri hüquqi məsələlərin necə nəticələnəcəyini gözləyir.

Koronavirus məhdudiyyətlərinə baxmayaraq Avropada bəlkə də ən böyük təntənələr İrlandiyada Ballinada - yeni seçilmiş prezident Co Baydenin ulu babasının doğma şəhərində keçirildi.

"Bu, bizim üçün gözlənilməz oldu, olduqca həyəcanverici idi. Ancaq biz çox sevinirik və həqiqətən bunu sözlə ifadə edə bilmərik" - deyə, Baydenin qohumu Laurita Blüvit qeyd edib

Bayden tez-tez İrland köklərindən qürur duyduğunu təkrarlayıb. O, Britaniyanın Avropa İttifaqından çıxmasının Şimali İrlandiyada sülhü təhlükə altına qoymamalı olduğu barədə xəbərdar etmişdi və keçən il Britaniyanın Baş naziri Boris Consonu Donald Trampın 'klonu' adlandırmışdı.

Boris Conson bazar günü yeni rəhbərliklə işləməyi səbirsizliklə gözlədiyini bildirib.

"Düşünürəm ki, bu ölkənin hökumətini və Vaşinqtondakı hökuməti hər zaman, hər mərhələdə daha çox şey birləşdirir, nəinki ayırır" - deyə, Britaniyanın Baş Naziri Boris Conson bildirib.

Avropa İttifaqı da Co Baydenin seçilməsini məmnuniyyətlə qarşıladı.

"Birlikdə aktual qlobal problemlərə toxunacağıq: koronavirus pandemiyası və onun iqtisadi nəticələri, iqlim dəyişikliyi və biomüxtəlifliyin itkisi, rəqəmsal iqtisadiyyat və cəmiyyət üçün lazımi qaydalar toplusu, qlobal təhlükəsizlik və qaydalara əsaslanan çoxtərəfli sistemin islahatı" - deyə, Avropa komissiyasının sədri Ursula von der Leyen bildirib.

Ancaq London Universitetində təhlilçi İndercit Parmar deyir ki, Avropa mütləq asan bir yol gözləməməlidir.

“Getdikcə artan rəqabət mühitini nəzərə alsaq, ABŞ-ın sərt sövdələrə davam edəcəyini düşünürəm. Aİ və Britaniya ilə ticarət müqaviləsi asan olmayacaq. Və düşünürəm ki, NATO-da onlar avropalılardan daha çox addım atmalarını tələb edəcəklər” - deyə, o qeyd edib.

Almaniya kansleri Angela Merkel bazar ertəsi bu çətinlikləri etiraf etdi.

“Amerika bizim ən vacib müttəfiqimizdir və elə də qalır. Ancaq bizdən haqlı olaraq təhlükəsizliyimizi təmin etmək üçün daha güclü səylər göstərməyimizi gözləyir” - deyə, A.Merkel qeyd edib.

Avropa Co Baydenin İranın nüvə razılaşmasına yenidən qoşulmağa çalışacağına ümid edir. İsrail qəti şəkildə buna qarşı çıxır. Co Baydeni təbrik edən video mesajında İsrail Baş Naziri bu razılaşmadan bəhs etməyib.

"Mən onu İsrail dövlətinin böyük bir dostu kimi tanıyıram" - deyə, o bildirib.

İranın xarici işlər naziri Cavad Zərif Tvitterdə yazıb: “Tramp 70 gündən sonra gedir. Amma biz burada sonsuza qədər qalacağıq. Təhlükəsizliyi təmin etmək üçün xaricilərə mərc qoymaq heç vaxt yaxşı oyun deyil. Mübahisəli məsələləri həll etmək yolunda dialoq üçün qonşularımıza əl uzadırıq”.

Çin Vaşinqtonla ticarət müharibəsi vəziyyətindədir. Çinin dövlət mediası Co Baydenin seçilməsinin daha çox proqnozlaşdırmanı mümkün etdiyini bildirib.

Demokratiya tərəfdarlarının Pekinə qarşı etirazlarının davam etdiyi Honq Konqda bəziləri ABŞ-ın daha yumşaq bir yanaşmasından qorxurlar.

"Düşünürəm ki, bir çox ölkədə totalitar idarəetmənin artdığı bir dövrdə Baydenin yanaşması daha dinc və ya daha az qətiyyətli olsa da, centlmen yanaşmasıdır" - deyə, Honq Konq sakini bildirib.

Nə Pekin, nə də Moskva hələ Co Baydenin qələbəsi ilə bağlı rəsmi açıqlama verməyərək, hazırkı prezident Donald Tramp tərəfindən nəticələrlə bağlı qaldırılan hüquqi məsələləri qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG