Accessibility links

Meksikada oğurlanmış maşında kobalt-60 radioaktiv tullantıları tapılıb


Meksika rəsmiləri oğurlanmış kobalt-60 radioaktiv tullantılarından ibarət yükün Mexiko şəhəri yaxınlığında oğurlanmış maşında tapıldığını deyib.

Polis kobalt-60-ın aşkar edildiyi yerə ictimayyətin daxil olmasını qadağan edib və radioaktiv tullantıların insanların həyatına təhlükə yaratmadığını deyib.

Lakin rəsmilər konteyneri açdığı təqdirdə hər bir kəsin təhlükəli səviyyədə radiasiyaya məruz qalacağını deyib.

Rəsmilər maşının yanacaqdoldurma stansiyasından oğurlandığını ehtimal edir.

Oğruların sadəcə maşını oğurlamaq istədiklərini və maşında olan ölümcül tullantılardan xəbərdar olmadıqları düşünülür.

Kobalt-60 əsasən tibbi müalicələrdə istifadə edilir. Amma bundan çirkli bomba kimi də istifadə edilə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG