Accessibility links

“Coca-Cola Azərbaycan” şirkəti xəstəxanalara 120 min butulka su yardım edib


ABŞ-ın “Coca-Cola Azərbaycan” şirkəti Azərbaycanda koronavirus pandemiyasına qarşı aparılan mübarizəyə dəstək məqsədi ilə xəstəxanalarda çalışan tibbi personal və karantin rejimində olanların su tələbatını ödəmək üçün 120 min ədəd “Bonaqua” suyu yardım edib.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin Facebook səhifəsində yaydığı məlumatda deyilir ki, Covid-19 virusu ilə mübarizə fərdi şəxslərin, hökumətin, həm də özəl sektorun birgə çalışmasını tələb edir.

“Müxtəlif sosial və ekoloji layihələr çərçivəsində əməkdaşlıq edən “ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola Azərbaycan” Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına qarşı aparılan mübarizəyə dəstək nümayiş etdirib. “ASAN könüllüləri” və “Coca-Cola Azərbaycan” əməkdaşlarının birgə təşəbbüsü ilə xəstəxanalara ödənişsiz içməli su çatdırılıb. Xəstəxanalarda çalışan tibbi personal və karantin rejimində olanların su tələbatını ödəmək üçün 120 min ədəd “Bonaqua” suyu könüllülərin iştirakı ilə ünvanlara göndərilib. Biz fəxr edirik ki, ABŞ-ın ən iri korporasiyalarından olan “Coca-Cola Azərbaycan” şirkəti öz missiyasına sadiq qalaraq dünyanın bir çox ölkəsindən insanların həyatında müsbət dəyişiklik etmək, cəmiyyətlərin inkişafına töhfə vermək üçün çox sayda sosial layihələrdə iştirak edir,” ABŞ Səfirliyi qeyd edir.

XS
SM
MD
LG