Accessibility links

Kolorado ştatındakı ailə klinikası ukraynalı mühacirlərə yardım edir


Kolorado ştatındakı ailə klinikası ukraynalı mühacirlərə yardım edir
please wait

No media source currently available

0:00 0:03:04 0:00

Kolorado ştatındakı ailə klinikası ukraynalı mühacirlərə yardım edir

Daxili Təhlükəsizlik Nazirliyinin məlumatına görə, Rusiyanın işğalı başlayandan bəri təxminən yarım milyon ukraynalı mühacir ABŞ-a köçüb. Onların qarşılaşdıqları ən böyük problemlərdən ikisi sağlamlıq xidməti və iş tapmaqdır. Kolorado ştatının kiçik bir şəhərində özü də ukraynalı mühacir olan yerli klinika sahibi onlara bacardığı qədər yardım edir.

Liana Mariyenko Kolorado ştatının Denver şəhərinə 2022-ci ilin payızında gəlib. O, doğulduğu Vinnitsa şəhərində diaqnostik tibb sahəsində işləyirdi. Mariyenko Koloradodakı özəl klinikada oxşar iş tapıb. "Bir gün o [Titarenko] mənə zəng etdi, tibb təhsilim olduğunu bildiyini dedi və klinikada mənim üçün bir iş olduğunu bildirdi."

O, iyirmi ildən əvvəl Ukraynadan ABŞ-a gəlmiş Elli Titarenko idi. "Arvada Wes" ailə klinikasının sahibi Elli Titarenko: "Ukraynadan buraya yeni gələn və ingiliscə hələ səlis danışa bilməyən insanlara yardım etmək mənim üçün çox vacib idi."

2021-ci ildə Olena və ya Elli Titarenko Denverin şimal-qərbində, Kolorado ştatının Arvada şəhərində “Arvada West” ailə klinikasını açdı.

Hər ay klinika 500-ə yaxın xəstə qəbul edir. Onların təxminən 80%-i ukraynalıdır. Qaçqın Anna Parsayeva: "Gələndə sığorta və dil maneəsi ilə bağlı problemlər yaşadıq. Elli bizə çox yardım etdi, bizə nə edəcəyimizi dedi."

Qaçqın Hanna Leskiv: "Ukraynada qan təzyiqi problemim var idi. Olena mənə təzyiqimi normallaşdırmağa yardım etdi. Sonra mənə dərman aldı."

Tibb bacısı Halina Kandyuk ana dilində psixoloji yardıma ehtiyacı olan bir çox ukraynalının da klinikaya gəldiyini deyir. "Bir çoxları Ukraynanın şərqindən - Donetsk, Xarkiv, Luhansk vilayətlərindəndir. Belə xəstələr gələndə çox çətin olur, çünki hamısı travma ilə gəlir."

"Müharibə insan psixologiyasını o qədər dəyişir ki, onlar ən qiymətli olanı - öz həyatını qiymətləndirməyi dayandırır və bu, mənim ürəyimi parçalayır. Son iki ildə biz intihar etməyi düşünən o qədər xəstə gördük ki..." - deyə, Elli Titarenko bildirir.

Titarenko deyir ki, xəstələrin əksəriyyəti ingilis dilini bilmir və onların psixoloji durumunu müəyyən etmək üçün testlər və sorğular Ukrayna dilinə tərcümə olunur. "Biz xəstələrə hər günü yaşamağı öyrədirik. Çünki gələcək üçün narahat olmaq narahatlığa, keçmiş haqqında düşünmək çox vaxt depressiyaya səbəb olur".

Bu gün klinikadakı 10 işçidən 7-si ukraynalıdır. Daha çoxu isə klinikada təcrübə keçir. "Tibb üzrə təhsili almısınızsa, diplomlarınızdan imtina etməyin. Tibbi təhsili olan hər kəsin burada işləməyin yolunu tapacağına ümid edirəm".

Gələcəkdə Titarenko Koloradoda daha bir klinika açmağa və orada daha çox ukraynalı mütəxəssisi işə götürməyə ümid edir.

Forum

XS
SM
MD
LG