Accessibility links

Kolorado ştatındakı meşə yanğınları 513 milyon dollar ziyan vurub


Superior şəhəri, Kolorado
Superior şəhəri, Kolorado

Ötən həftə Koloradoda baş verən meşə yanğını ən az 513 milyon dollar ziyan vurub və 1100-ə yaxın ev və tikilinin dağılmasına səbəb olub. Bu haqda rəsmilər cümə axşamı əyalət tarixindəki ən dağıdıcı meşə yanğınında itirilmiş əmlakın sayını yeniləyərkən məlumat verib.

Bolder əyaləti Denver və Bolder şəhərləri arasında yerləşən və bütün məhəllələrinin yandığı əraziləri diqqətlə incələdikdən sonra yeni yekunlar açıqlayıb. Bu, dekabrın 30-da baş vermiş yanğın üçün iqtisadi zərərin ilk təxminidir.

Səlahiyyətlilər daha öncəki təxminlərində ən azı 991 evin və digər binaların dağıldığını bildirib. İki nəfər itkin düşüb və rəsmilər bir yerdə insan qalıqları tapıb.

Cümə günü prezident Co Baydenin dəyən ziyanı tədqiq etməsi planlaşdırılıb.

Müstəntiqlər hələ də minlərlə insanı qısa zamanda qaçmağa məcbur edən küləkli meşə yanğınına nəyin səbəb olduğunu müəyyən etməyə çalışırlar. Təbii fəlakət aylarla davam edən quraqlıqdan sonra baş verib və Qayalı Dağın (Rocky Mountain) ətəkləri yaxınlığındakı ərazidə sürətlə böyüməyə başlayıb.

Mütəxəssislərin fikrincə, iqlim dəyişikliyi planeti isitdikcə və yanğın təhlükəsi olan ərazilərdəki yaşayış yerləri artdıqca oxşar hadisələr daha tez-tez baş verəcək. Bolder əyalətinin 90 faizi şiddətli quraqlıq içərisindədir və yayın ortalarından bəri əhəmiyyətli yağış görməyib.

24 kvadrat kilometr ərazini əhatə edən yanğın, dağılmış və zədələnmiş evlərin və digər tikililərin sayına görə ştat tarixində ən dağıdıcı hadisə kimi yer alır. 2013-cü ildə Kolorado Springs yaxınlığında baş verən yanğın 489 evi dağıdıb və iki nəfərin ölümünə səbəb olub.

2020-ci ildə Kolorado da Qərbi ABŞ-da uzun müddət davam edən quraqlığın nəticəsində tarixdə ən böyük üç meşə yanğınına məruz qalıb.

Bolder rəsmilərinin dediyinə görə, yeni yekunlara dağıdılmış anbarlar, tövlələr və digər tikililər daxildir, lakin onların böyük əksəriyyəti yaşayış yerləridir. Ən böyük ziyan Denverdən təxminən 32 kilometr şimal-qərbdə, ümumi əhalisi 34,000 olan Luisvil və Superior şəhərlərində və onların ətrafında olub.

Yeddi ticarət obyekti dağıdılıb, 30-una ziyan dəyib. Ticarət binalarına dəyən zərər hələ də hesablanır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG