Accessibility links

Amerikalılar "Kolumb Günü"nü qeyd edir


Oktyabrın 9-u amerikalılar "Kolumb Günü"nü qeyd edir. Bu gün Xristofor Kolumbun Amerikanı kəşf etdiyi gündür.

Hər il oktyabr ayının ikinci bazar ertəsi qeyd edilən "Columb Günü" əsasən də amerikalı-italyalılar olmaqla, amerikalıların nailiyyət və qürur günü kimi qeyd edilir. Lakin bəzilərində bu bayramla bağlı suallar yaranıb.

"İtaliyalı Amerikalılar Milli Fondu"nun prezidenti Con Viola bu bayramın müxtəlif əhəmiyyət kəsb etdiyini deyir. "Bu həm bayram, həm də bizim tariximizi, əcdadlarımızı yada salmağa imkan verən bir gündür. Mənim fikrimcə bəziləri üçün isə "Kolumb Günü" mühacirlərin bayramıdır."

Bəziləri Kolumbu böyük təhqiqatçı hesab etdiyi halda, digərləri onun mirasından xəcalət çəkir.

Corc Meyson universitetinin professoru Co Ginetin-Pilava bu təhqiqatçının çox sayda yerli əhalini qul halına saldığını, avropalılarla müxtəlif xəstəliklər gətirərək, minlərlə yerli əhalinin ölümünə səbəb olduğunu deyir. "Bizim apardığımız təhqiqatların nəticələrinə görə, 1492-ci ildən 1502-ci ilədək, yəni 10 il müddətində Bahama adalarında yaşayan yerli Taino xalqının sayı təqribən 1 milyondan 500 nəfərə düşüb".

​"Amerika Hindlilərı Milli Konqresi"nin icraçı direktoru Robert Holden Kolumb tarixinin saxtalaşdırıldığını deyir. "Yerli əhali üçün bu məsələ həmişə sual doğurub. Biz bu haqda yalnız gəlmələrin yazdıqlarından öyrənmişik."

Corc Vaşinqton universitetinin tarix üzrə professoru David Silverman olanlar haqda düzgün məlumat verilməli olduğunu deyir. "Siz keçmişlə bağlı bir tərəfə laqeyd yanaşıb, yalnız o biri tərəfi diqqətə almamalısınız. Siz hər iki tərəfi bir araya gətirib, üçölçülü fiqur yaratmalısınız."

Professor Genetin-Plava bu bayramın adının dəyişməli olduğunu deyir. "Mən Xristopfor Kolumb federal bayramının adının dəyişib "Xalq Günü" qoyulmasının tərəfdarıyam."

Lakin "İtaliyalı Amerikalılar Milli Fondu"nun prezidenti Con Viola bununla razı deyil. O deyir ki, yerli amerikalı hindlilər özlərinin mədəyiyyət gününü qeyd etmək üçün başqa bir gün seçməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG