Accessibility links

Amerikalılar həm "Kolumb Günü"nü, həm də "Yerli Xalqlar Günü"nü qeyd edir


Amerika qitəsini kəşf edən italyan kəşfiyyatçısı Xristofer Kolumbun heykəli
Amerika qitəsini kəşf edən italyan kəşfiyyatçısı Xristofer Kolumbun heykəli

Birləşmiş Ştatlarda bazar ertəsi "Kolumb Günü" qeyd ediilr. Bu federal bayram Amerika qitəsinin italyan səyyah Xristofer Kolumb tərəfindən kəşf edilməsinin qeyd edildiyi gündür.

ABŞ prezidenti Co Bayden keçən il olduğu kimi bu il də bazar ertəsini "Yerli Xalqlar Günü" elan edib. Lakin prezidentin bu günün oktyabrın ikinci bazar ertəsi "Kolumb Günü” ilə eyni gündə qeyd edilməli olduğunu elan etməsinə baxmayaraq, "Yerli Xalqlar Günü" federal bayram deyil.

Yerli amerikalılar və digər qruplar uzun müddətdir ki, "Kolumb Günü" nün qeyd edilməsindən narazılığını bildirirdi, çünki bu bayramda Kolumb və onun qrupunun Amerika qitəsinə gətirdiyi ölüm, dağıntı və xəstəliklərə göz yumulur.

Kolumbun gəlişindən minlərlə il əvvəl Amerika qitəsində məskunlaşan mədəniyyətlərin qeyd edildiyi bu bayram Amerikada tədricən maraq doğurur. Artıq ABŞ-ın 12-dən çox ştatında və bir çox şəhərlərində oktyabrın ikinci bazar ertəsi yerli əhalinin töhfələrini rəsmi olaraq tanıyır.

"Kolumb Günü" isə ABŞ-ın çox hissəsində hələ də təqvimdə qalır və bazar ertəsi çoxları onu qeyd edir.

XS
SM
MD
LG