Accessibility links

Con Bolton Beynəlxalq Cinayət Məhkəməsinə xəbərdarlıq edib


Con Bolton Beynəlxalq Cinayət Məhkəməsinə xəbərdarlıq edib
please wait

No media source currently available

0:00 0:02:22 0:00

ABŞ-ın milli təhlükəsizlik müşaviri Con Bolton Beynəlxalq Cinayət Məhkəməsinə amerikalılara qarşı Əfqanıstandakı əməllərinə görə ittiham irəli sürməməsi ilə bağlı xəbərdarlıq edib. Bolton bazar ertəsi Vaşinqtonda fəaliyyət göstərən Federalist Cəmiyyətinə (Federalist Society) bildirib ki, məhkəmə “ tamamilə qanunzsuzdur” və Birləşmiş Ştatlar onlarla heç bir halda əməkdaşlıq etməyəcək. Lakin təhlilçilər Amerikanın Səsinə söyləyib ki, Boltonun bu nitqi Amerikanın maraqlarına uyğun gəlmir.

Birləşmiş Ştatlar vətəndaşlarımızı və müttəfiqlərimizin vətəndaşlarınını bu qanunsuz məhkəmə tərəfindən ədalətsiz mühakimə olunmasına qarşı müdafiə etmək üçün hər yola əl atacaq
Con Bolton

Con Bolton deyib ki, Beynəlxalq Cinayət Məhkəməsinin amerikalılar üzərində yurisdiksiyası yoxdur, çünki Birləşmiş Ştatlar artıq Haaqada qərargahlanan bu məhkəmənin yaranmasına gətirib çıxaran razılığa üzv deyil. O deyib ki, amerikalı əsgərlərin Əfqanıstanda məhbuslara qarşı iddia olunan zorakılıqları ilə bağlı istintaq ABŞ-ın suverenliyinin pozulmasına bərabərdir.

“Birləşmiş Ştatlar vətəndaşlarımızı və müttəfiqlərimizin vətəndaşlarınını bu qanunsuz məhkəmə tərəfindən ədalətsiz mühakimə olunmasına qarşı müdafiə etmək üçün hər yola əl atacaq”, o söyləyib.

Bolton deyib ki, məhkəmənin qərəzsizliyini yoxlamaq üçün heç bir mexanizm yoxdur və Venesuela, Konqo Demokratik Respublikası kimi qeyri-demokratik ölkələ, eləcə də Fələstin kimi ölkə olmayan təşkilatlar da məhkmənin üzvüdür.

“Beynəlxalq Cinayət Məhkəməsinin bizə işimizi söyləməməli və ya qərarlarımızı sual etməməlidir” - deyə, Bolton bildirib.

Bəzi təhlilçilər deyir ki, Boltonun Beynəlxaq Cinayət Məhkəməsinə indi qarşı indi çıxmasına səbəb odur ki, amerikalı əsgərlərin beynəlxalq hakimlərin önünə çıxarılması şansı çox azdır.

“Ən pis halda illər sonra bir prokuror ittiham irəli sürmək üçün kifayət qədər dəlil toplaya və ABŞ vətəndaşı ilə bağlı həbs qərarı çıxara bilər. Bu halda həmin insanın Beynəlxalq Cinayət Məhkəməsinə üzv olan ölkələrə səyahət etməsi çətinləşəcək, çünki səfər etdikləri təqdirdə həmin ölkənin onları həbs etmək öhdəliyi olacaq”, Beynəlxalq Böhran Qrupundan Stefen Pomper söyləyib.

Con Bolton
Con Bolton

Vaşinqtonda fəaliyyət göstərən təhlilçi Stefen Pomper Amerikanın Səsinə deyib ki, məhkəmə ilə əməkdaşlıq etməyən ölkənin vətəndaşına qarşı iş açmaq çətin ola bilər. Pomper söyləyib ki, Boltonun məhkəməyə qarşı mübarizəsini Corc Buşun administrasiyası zamanında başladıb.

“Bu çox təəssüf doğurur, çünki bu kimi çıxışlar Birləşmiş Ştatlarla məhkməyə üzv olan NATO müttəfiqləri arasında mübahisələrə səbəb olur”, o deyir.

Pomper Boltonu xüsusilə də müttəfiqləri məhkəmə ilə əməkdaşlıq etdikləri təqdirdə onlara qarşı sanksiyalarla hədələdiyi üçün tənqid edib. O deyib ki, uzun müddətdə beynəlxalq təşkilatları tərk etmək və ya onları pisləmək Amerikanın maraqlarına xidmət göstərməyəcək, çünki bu, Birləşmiş Ştarların öz və dünyanın maraqlarını qorumaq bacarığına xələl gətirir.

XS
SM
MD
LG