Accessibility links

Con Bolton İlham Əliyevlə danışıb


Yanvarın 29-da axşam ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Azərbaycan prezidentinin mətbuat xidməti bildirir ki, söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə edilib.

Keçən ilin oktyabrında Con Bolton Azərbaycana səfər edib. O, prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

Danışıqların mövzusu regional problemlər, Qarabağ münaqişəsi, ABŞ-ın İranın terrorizmə dəstəyinin və nüvə silahı istehsalının qarşısını almaq səyləri olub.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton həmçinin özünün Twitter səhifəsində prezident İlham Əliyevlə telefon danışığı barədə yazıb.

“Bu gün mən Azərbaycan prezidenti İlham Əliyevlə danışmışam. Biz enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstəyini müzakirə etmişik”, Con Bolton Twitter mesajında bildirib.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG