Accessibility links

Con Bolton: İrana qarşı sanksiyaların yenidən tətbiqi ciddi təsirə malikdir


ABŞ prezidentinin mülli təhlükəsizlik üzrə müşaviri İrana qarşı sanksiyaların yenidən tətbiqi ciddi təsirə malik olduğunu deyib.

Con Bolton administrasiyanın 2015-ci il razılığı əldə edilənədək mövcud olan ölçüləri daha da genişləndirməyi planlaşdırdığını bildirib.

Birləşmiş Ştatlar Tehranla İranın nüvə proqramını məhdudlaşdırılması müqabilində sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutan razılığı Britaniya, Çin, Fransa, Rusiya və Almaniya ilə birlikdə imzalamışdı.

Con Bolton bu açıqlamaları bu gün İsrailə səfəri zamanı Qüdsdə verib. ABŞ rəsmisi İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşlər keçirib. O, Amerikanın müttəfiqlərinin İrana maksimum təsir göstərməsini istədiyini bildirib.

İsrailin baş naziri Benyamin Netanyahu da ABŞ prezidenti Donald Tramp kimi İranla nüvə razılaşmasını kəskin tənqid edirdi. Netanyahu bazar ertəsi günü bildirib ki, sülhə və təhlükəsizliyə inanan bütün ölkələr Birləşmiş Ştatların ardınca getməlidir və İrana təzyiqləri artırmalıdır. Baş nazir İranın böyük imtiyaz qarşılığında çox az şeydən imtina edib və öz nüvə qabiliyyətini saxlamaq əzmindədir.

İran isə nüvə proqramının dinc mahiyyət daşıdığında israr edir.

Bolton deyib ki, ABŞ İranda rejim dəyişmək niyyətində deyil. O, Amerikanın İranın davranışını dəyişməsini istədiyini bildirib.

Bolton İsrailə səfərə çıxmazdan əvvəl ABC tele-kanalına müsahibəsində bildirib ki, ABŞ, İsrail və Rusiya eyni məqsədi bölüşür, bu da İranın hərbi qüvvələrinin Suriya və İraqdan çıxarılmasıdır. O həmçinin deyib ki, İran Livanda Hizbullaha dəstəyinə son qoymalıdır.

Bolton bu həftə həmçinin Ukraynaya səfər edəcək. O bundan sonra prezident Donald Trampın Helsinkidə Vladimir Putinlə danışıqlarının davamı olaraq Cenevrədə Rusiya rəsmiləri ilə görüşəcək.

Bolton Çenevrədə rusiyalı həmkarı ilə İranın Suriyadakı mövcudluğu məsələsini müzakirə edəcək.

XS
SM
MD
LG