Accessibility links

Con Bolton: Rusiyaya noyabr seçkilərinə müdaxilə etməməsinə dair xəbərdarlıq verilib


Ağ Evin milli təhlükəsizlik müşaviri Con Bolton deyib ki, Cenevrədə keçirilən danışıqlarda Moskvaya xəbərdarlıq edərək Birləşmiş Ştatların “qarşıdan gələn ara seçkilərinə müdaxiləyə dözməyəcəyini bidlirib”.

Bolton bildirib ki, rusiyalı həmkarı prezident Vlasdimir Putinin Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə İran qüvvələrinin Suriyadakı mövcudluğu bağlı məsələni müzakirə edib.

Bolton deyib ki, bu danışıqlar İranın hərbi kontingentinin Suriyadan çıxarılmasına təkan verəcək.

ABŞ kəşfiyyatı Rusiyanın 2016-cı il ABŞ prezident seçkisini Trampın xeyrinə hədəflədiyinə dair nəticəyə gəlib. Kəşfiyyat habelə bildirir ki, Moskva noyabrda keçiriləcək Konqres seçkilərini də təsir etməyə cəhdlər göstərməkdə davam edir.

Nikolay Patruşev
Nikolay Patruşev

​Bolton Patruşevlə danışıqlardan sonra deyib: “Mən aydın şəkildə bildirdim ki, biz 2018-ci ildə müdaxiləyə dözməyəcəyik və bunun baş verməməsi üçün zəruri addımları atmağa hazırıq”.

Moskva seçkiyə müdaxiləsi barədə iddiaları israrla rədd edir. Buna baxmayaraq Vaşinqton bu iddialarla bağlı Moskvaya qarşı ağır sanksiyalar tətbiq edib və Rusiya diplomatlarını ölkədən qovub.

Lakin Patruşev Cenevrə danışıqlarından sonra deyib ki, söhbət zamanı Rusiyaya qarşı heç bir ittiham səsləndirilməyib.

O bildirib ki, iki tərəf Suriya, Ukrayna, kibertəhlükəsizlik və nüvə məsələlərini müzakirə edib.

Patruşev əlavə edib ki, o, ABŞ rəsmilərinin danışıqların yeni dövrəsi üçün Moskvaya və ya Rusiyanın başqa şəhərlərinə səfər etməsini təklif edib. O əlavə edib ki, belə danışıqlar üçün konkret vaxt müzakirə olunmayıb.

O deyib ki, ABŞ və Rusiya Müdafiə və Xarici İşlər nazirlikləri, habelə qərargah rəisləri arasında kommunikasiya kanallarının yenidən açılmasına dair razılaşma əldə olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG