Accessibility links

Con Bolton Türkiyədədir


ABŞ-ın milli təhlükəsiizlik məslələri üzrə müşaviri Con Bolton Türkiyədədir. O, Türyənin yüksək səlahiyyətli rəsmiləri iləTramp administrasiyasının kürd qüvvələrini hədəf almayacağından əminlik istəyini müzakirə edəcək.

Boltonun səfəri Tramp administrasiyasının 2 min nəfərlik qoşununu Suriyadan çıxarılacağını elan etməsindən sonra həyata keçirilib. Tükiyə isə kürd YPG qüvvələrinə qarşı hərbi əməliyyatların olacağını elan edib. Rəsmi Ankara bu qüvvələrin PKK ilə əlaqəsinə inanır.

Milli təhlükəsizlik müşavirinin sözlərinə görə, Tramp deyib ki, o, Türkiyənin Suriyada ABŞ əsgərləri ilə yanaşı döyüşən kürdlərə hücum etməsinə imkan verməyəcək.

“Fikrimizcə, türklər bizimlə tam koordinasiya olunmayan, Birləşmiş Ştatlarla razılaşdırılmayan hərbi əməliyyat apara bilməz”, Bolton vurğulayıb.

Boltonun dediyinə görə, Birləşmiş Ştatlar Suriyadakı kürd müttəfiqlərdən xahiş edib ki, Türkiyəyə qarşı Rusiyadan, yaxud Suriya prezidenti Bəşar Əl-Əsəddən qoruma istəməsin.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG