Accessibility links

Con Brennan Yəmən prezidenti Əli Abdulla Salehlə görüşüb


Con Brennan Yəmən prezidenti Əli Abdulla Salehlə görüşüb
Con Brennan Yəmən prezidenti Əli Abdulla Salehlə görüşüb

Amerikanın əks-terrorizm idarəsinin rəhbəri Con Brennan Yəmən prezidenti Əli Abdulla Salehlə görüşüb, onu demokratiyaya keçid planına uyğun olaraq istefa verməyə qane etməyə səy göstərir. Brennan Yəmən prezidentinə Riyad xəstəxanasında baş çəkib. Əli Abdulla Saleh iqamətgahına qarşı hücumdan aldığı yanıqlardan müalicə edilir. Ağ Evin bəyanatında bildirilir ki, Con Brennan Yəmən prezidentinə tez sağalmasını arzulayıb, Amerikanın hücumu pislədiyini bir daha təkrar edib. Sənəddə Amerikanın əks-terrorizm idarəsinin rəhbərinin Salehdən verdiyi vədə əməl edərək, planı imzalamasını istədiyi deyilir. Plan Körfəz Əməkdaşlıq Şurası tərəfindən hazırlanıb.Brennan Yəmənin siyasi böhranının tezliklə həllinə səsləyib.O deyib ki, ABŞ Avropa, Körfəz və digər dövlətlərlə Yəmənin keçid planı həyata tətbiq edildikdən sonra o ölkənin lazimi maddi yardımla təmin edilməsini müzakirə edir.

XS
SM
MD
LG