Accessibility links

Sabiq ABŞ astronavtı və senator Con Qlenn dünyasını dəyişib


Sabiq ABŞ astronavtı və senator Con Qlenn 95 yaşında dünyasını dəyişib.

O, Ohayo ştatının Kolambus səhiyyə mərkəzində vəfat edib.

Con Qlenn 1959-cu ildə sınaq pilotu Merkuri-7-nin sağ qalan sonuncü üzvü idi.

O, İkinci Dünya Müharibəsi və Koreya münaqişələri zamanı ABŞ dəniz qüvvələrinin qırıcı təyyarələrinin sınağını həyata keçirib və 1958-ci ildə NASA-nın təsis etdiyi ilk astronavt komandısının üzvü olub.

Con Qlenn 1961-ci ilin fevral ayının 20-də Yer Kürəsi orbitində Dostluq-7 adlanan təyyarə ilə 5 saatlıq uçuşu həyata keçirib.

1998-ci ildə o, Diskoveri şatlı ilə fəzaya uçan ən yaşlı avstronavt olub.

1964-cü ildə siyasi fəaliyyətə qatılan Qlenn Ohayo ştatından demokrat senatoru seçilib.

XS
SM
MD
LG