Accessibility links

Con Kelli prezident aparatının rəhbəri kimi vəzifəsinin icrasına başlayıb


ABŞ hərbi dəniz qüvvələrinin təqaüdə çıxmış generalı Con Kelli bazar ertəsi günü Ağ Evdə prezident aparatının rəhbəri kimi and içərək rəsmən vəzifəsinin icrasına başlayıb. Onun bu postda əsas vəzifəsi altı aydır hakimiyyətdə olan prezident Donald Tramp administrasiyasının işinin qaydaya salınmasından ibarətdir.

“O bu işin öhdəsindən əla gələcək”, deyə Kellini Ağ Evdə salamlayaraq, ölkənin iqtisadi inkişafını qeyd edən prezident Tramp bildirib.

“Fond birjalarında göstəricilər hər zaman olduğundan daha yüksəkdir, işsizlik səviyyəsi 17 ildə ən aşağı səviyyədədir, şirkətlərin işi çox yaxşı gedir, biznes ruhu indiyə qədər sorğularda göstərildiyindən ən yüksək səviyyədədir. İşlərimiz çox yaxşı gedir, bizim çox yaxşı bazamız var, yüksək səviyyədə dəstək var, ölkə nikbindir və fikrimcə, general buna yalnız kömək edəcək”, deyə Tramp bildirib.

Tramp keçən həftə respublikaçılar arasında populyar fiqur olan Reyns Pribusu vəzifəsindən kənarlaşdıraraq, Ağ Evdə bu posta 67 yaşlı general Con Kellini namizəd göstərib. Tramp Kellini bir neçə aydır tanıyır, lakin onun ABŞ-ın Daxili Təhlükəsizlik naziri kimi qeyri-qanuni mühacirətlə bağlı qəti mövqeyindən olduqca razıdır. O, Kellini administrasiyasının “ulduzu” adlandırıb.

Con Kelli hərbi dəniz qüvvələrində çox yüksək vəzifə tutmasına baxmayaraq, övladını xarici ölkələrdə münaqişələrdə itirmiş ən yüksək rütbəli ABŞ zabitidir. Onun oğlu Robert Əfqanıstanda hərbi dəniz piyadaları qüvvələrində xidmət edərkən 2010-cu ildə minaya düşərək həyatını itirib. May ayında ABŞ-da Xatirə Günü general Kelli prezident Trampa oğlunun Arlinqtonda Milli Xiyabanda məzarını göstərmişdir.

Tramp administrasiyasının hakimiyyətdə olduğu bu bir neçə ay Ağ Evdə siyasi gərginliklər və bir neçə administrasiya rəsmisinin müxtəlif səbəblərlə vəzifəsindən kənarlaşdırılması ilə yadda qalıb.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG