Accessibility links

Kerri və Karter İslam Dövləti qrupuna qarşı güc tətbiq edilməsinə dair dinləmədə ifadə verib


Senatın Xarici Əlaqələr Komitəsi Müdafiə naziri Eşton Karter, Dövlət katibi Con Kerri və Birgə Qərargahlar rəisi general Martin Dempsinin ifadələrini dinləyib

ABŞ prezidenti Barak Obamanın milli təhlükəsizlik komandasının bir sıra yüksək üzvü çərşənbə günü Senatda keçirilən dinləmədə ifadə veriblər və qanunvericilərin prezidentin İslam Dövləti miltantlarına qarşı güc tətbiq edilməsi ilə əlaqədar müraciəti ilə bağlı suallarını cavablandırıblar.

Ötən ay cənab prezident Obama İslam Dövləti qrupuna qarşı güc tətbiq olunması ilə əlaqədar Senatdan səlahiyyət istəyib. Prezidentin müraciətinə əsasən, üç il davam edəcək əməliyyatlar zaman quru qoşunların iştirakına məhdudiyyətlər qoyulacaq və onlar hücum məqsədi ilə quruda döyüşlərə qatılmayacaq.

Senatın Xarici Əlaqələr Komitəsi Müdafiə naziri Eşton Karter, Dövlət katibi Con Kerri və Birgə Qərargahlar rəisi general Martin Dempsinin ifadələrini dinləyib.

Dinləmə hər hansı bir səlahiyyətin verilməsi üçün sürən uzun prosesin tərkib hissəsidir. Səlahiyyətin verilməsi üçün tam tərkibdə Senat və Nümayəndələr Palatasının təsdiqi lazımdır.

Respublikaçılar prezidentin bu planına qarşı çıxış ediblər, çünki onlar quru qoşunlardaj istifadənin məhdudlaşdırılmasına etiraz edir. Demokrtlar isə quru qoşunlardan istifadəyə tam etiraz etdikləri üçün bu plana qarşı çıxırlar.

XS
SM
MD
LG