Accessibility links

Con Kerri: "Qərb üsyançılara hərbi və humanitar dəstək verəcək"


ABŞ dövlət katibi Con Kerrinin sözlərinə görə, bu gün Qətərdə keçirilən "Suriyanın dostları" sammitində Suriya prezidenti Bəşar Əl-Əsədin Ərəb və Qərbli rəqibləri Suriyalı üsyançılara əlavə dəstək verəcəklərini vəd edib.

Cənab Kerri deyir ki, 11 ölkə naziri Suriyada on minlərlə insanın ölümünə səbəb olan 2 ildir davam edən döyüşlərə son qoymaq məqsədi ilə üsyançılara humanitar və hərbi yardım göstərəcəklərinə dair öhdəlik götürüb.

Dövlət katibi ABŞ-ın üsyançılara yardımı artırmasına baxmayaraq münaqişənin ən yaxşı həll yolunun danışıqlardan keçdiyini deyib.

Birləşmiş Ştatlar və Böyük Britaniya Suriya hökuməti ilə rəqibləri arasında İsveçrədə birbaşa danışıqların keçirilməsinə çalışır.

Cənab Kerri deyib ki, Dohada keçirilən sammitdə başlıca məsələlərdən biri bu görüşün təşkilinin tezləşdirilməsi olub.

Buna baxmayaraq Qətərin baş naziri Şeyx Həməd Cəssim Əl Tahi münaqişənin həllində hərbi gücdən istifadənin vacib olduğunu bildirib. O deyib ki, Suriya böhranına son qoymaq üçün beynəlxalq səylər uğursuz olub.
XS
SM
MD
LG