Accessibility links

ABŞ Dövlət Katibi rusiyalı həmkarı Sergey Lavrovla görüşür


Vyanada tərəflər Suriya münaqişəsini müzakirə edəcəklər

ABŞ dövlət katibi Con Kerri və Rusiya xirici işlər nazirir Sergey Lavrov Suriyanın siyasi gələcəyinə ortaq həll yolu tapmaq məqsədilə Vyanada danışıqlara başlayıblar.

Rəsmilər cümə günü keçirilən ikitərəfli sessiyaya başlamadan öncə əl sıxsalar da ictimaiyyətə açıqlama verməyiblər.

Həm Rusiya həm də ABŞ-ın başçılıq etdiyi koalisiyanın Suriyada hava mövcudluğu var, amma onlar ölkənin daxili iğtişaşlarına son qoymaq barədə fərqli fikirlərə sahibdir.

Tərəflər həmçinin BMT, Türkiyə və Səudiyyə Ərəbistanının nümayəndələri ilə görüşəcəklər.

Danışıqlardan öncə Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil Əl-Cübeir bildirib ki, səudiyyəlilər Rusiyanın Suriyadakı müdaxiləsinin təhlükəli olduqlarını düşünür, çünki bu, münaqişəni daha da kəskinləşdirir.

Rusiya Suriya prezidenti Bəşər Əl-Əsədi siyasi və hərbi baxımdan dəstəkləyir, ABŞ isə inanılr ki, Əsəd Suriya münaqişəsinin uzun-müddətli həllində yer ala bilməz.

ABŞ-ın başçılıq etdiyi koalisiya Suriyadakı İslam Dövləti yaraqlılarına qarşı kampaniyanın bir hissəsi olaraq mötədil Suriya müxalifətini hərbi dəstəklə təmin edib.

Rusiya isə Suriya hökümətini dətəkləmək məqsədilə hava hücumlarında müxalifəti hədəf alıb.

XS
SM
MD
LG